Menu

Ukrayna Moskvanı qəzəbləndirdi

24.12.2014, 15:18
Ukrayna Moskvanı qəzəbləndirdi

Dekabrın 23-də Ukrayna parlamenti NATO-ya qoşulmaq məqsədilə ölkənin “İttifaqdan kənar statusunu" ləğv edib. Bu addım Moskvanın qəzəbinə səbəb olub.

Rusiya hesab edir ki, Qərbin alyansının Şərqə doğru böyüməsi ölkənin təhlükəsizliyini təhdid altında qoyur.

Kiyev NATO üzvlüyü üçün müraciət etmək arzusunda olduğunu avqustdan bildirib. Həmin vaxt Rusiya artıq Şərqi Ukraynada separatçılarla münaqişəyə fəal müdaxilə edirdi.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın bu addımını yalnız gərginliyi artıran "səmərəsiz" addım adlandırıb. "Bu addım qarşıdurmanı gərginləşdirə bilər. Hökumət illuziya yaradır ki, guya bu cür qanun qəbul etməklə Ukraynada daxili böhrana son qoymaq olar", - TASS xəbər agentliyi Lavrova istinadən xəbər verib.

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin səsvermədən qabaq parlamentarilərə müraciət edib. O deyib ki, bu qərar Ukraynanın Avropa və Qərbə yolunda qətiyyətli yol tutduğunu göstərir. "Bu, Avropa və avro-atlantik məkana inteqrasiyaya aparacaq", - o deyib.

Qanuna düzəliş 303 səslə, yəni tələb olunandan 77 səs çoxluqla və asanlıqla qəbul edilib.

Ukraynanın hərbi alyansa qoşulması uzun illər çəkə bilər. Buna baxmayaraq, NATO nümayəndəsi Brüsseldə bildirib ki, "Qapımız Ukraynaya açıqdır. Ukrayna müraciət etsə, standartları icra etsə və zəruri prinsiplərə əməl etsə, NATO üzvü olacaq".

Rusiyanın martda Krımı anneksasiyasından və şərqdə rusyönümlü separatçıların qiyamından sonra Moskva və Kiyev münasibətləri gərgindir. Kiyevin qərbyönümlü hökuməti Rusiyanı sabiq Ukrayna prezidentinin gedişindən sonra münaqişəni qızışdırmaqda və separatçıları silahlandırmaqda günahlandırır. Kreml isə bütün ittihamları inkar edir. /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol