Menu

Azərbaycan mədəniyyət xərclərini 16 %-ə yaxın artırıb

22.10.2025, 16:06
Azərbaycan mədəniyyət xərclərini 16 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətə 366,4 milyon manat xərclənib.

"AzPolitika" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,9 milyon manat və yaxud 15,8 % çoxdur.

Hesabat dövründə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 78,6 %-i icra edilib.

Xatırladaq ki, 9 ayda dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 466,4 milyon manat ayrılıb.

Şərhlər

Vətəndaş 2025-10-22 19:51:04

Maraqlı ölkədə yaşayırıq.Gələn iiin büdcəsində səhiyyə xərclərinin azaldılması mədəniyyət xərclərinn artırılması nəzərdə tutulur. Deməli əhalinin sağlamlığı müsiqiçiərin anlaşılmaz qeyri mili..anaşılmaz.mənasız hay küyü xaqın salamlığından üksəkdə nəzəedə tutulur..Görəsn bun u hansı "ağıllı" nə məqsədlə düşünüb?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol