Gələn il gənc müəllimlərin kənd məktəblərinə cəlb olunması üçün onların əməkhaqqına əlavələrin ödənilməsi üçün 20.1 milyon manat xərclənəcək.
"AzPolitika" Oxu.Az-a istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9.9 min nəfərdən çox gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunması planlaşdırılıb. Vəsait onların stimullaşdırılması məqsədilə yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və kirayə haqqına yönəldiləcək.
Hesablamalar göstərir ki, kənd məktəblərindəki vakansiyaları seçəcək hər bir gənc müəllim orta hesabla maaşından əlavə il ərzində təxminən 2 min manat alacaq.

Şərhlər
Qaçılmaz həll tələb edən məsələlər hamısı Mərkəzi Dövlətin, büdcənin üərinə ötürülür ki, maddi-maliyyə təminatı gərək? Bəlkə, kəndin özünün, bələdiyyəsinin daha səmərəli və yüksək imkanı var? Bu vacib münasibət nə dövlətin, nə də yalnız təhsil verməli nazirliyin deyil, yerli qurumun işidir? Milli Məclis və dövlətin etimadsızlığı, ya bütün maliyyəni mərkəz müəyyən edə, xərcləyə bilər prinsipimi?