Avropa Birliyinin ortaq pul vahidi Avronu istifadə edən 18 ölkənin daxil olduğu Avro Bölgəsinə 1 Yanvar 2015-ci il tarixindən etibarən Litva da qatılacaq.
Beləliklə, Avro Bölgəsi 19 ölkədən ibarət olacaqdır.
Avro Bölgəsinin Litvanın iştirakı ilə genişləməsini davam etdirməsi ilə, Polşa və Çex Respublikası kimi ölkələrin növbəti namizədlər olması gözlənilir.
Almaniya, Fransa, İtaliya, İspaniya, Hollandiya, Belçika, Portuqaliya, Avstriya, Finlandiya, İrlandiya və Lüksemburqun iştirakı ilə 1999-cu ildə qurulan Avro Bölgəsinə 2001-də Yunanıstan, 2007-də Slovenya, 2008-də Cənubi Kipr və Malta, 2009-da Slovakya, 2011-də Estoniya və bu ilin yanvar ayında da Latviya daxil olmuşdu.
Avro Bölgəsinə girəcək üçüncü Baltik ölkəsi Litvanın iştirakı ilə Avropa Mərkəzi Bankının (AMB) İdarə heyətinin üzvlərinin sayı 25-ə çıxacaq. /"Marja"


Şərhlər