Menu

PKK Türkiyədən tamamilə çıxdığını açıqladı

26.10.2025, 13:10
PKK Türkiyədən tamamilə çıxdığını açıqladı

PKK terror təşkilatı Türkiyədən bütün silahlı qüvvələrini geri çəkdiyini bəyan edib. Bu barədə PKK bu gün açıqlama yayıb.

Açıqlamada qeyd edib ki, Türkiyədəki bütün qüvvələri geri çəkirlər. Bu addım PKK-nın lideri Abdullah Öcalanın çağırışı və təşkilatın 12-ci Konqresində qəbul edilən qərarlar əsasında atılıb.

Məlumata görə, Öcalanın çağırışından sonra özünü ləğv etmək qərarı verən PKK bu bəyanatla silah qoyma prosesinin yeni mərhələsinə keçdiyini açıqlayıb.

Bir gün əvvəl PKK-ya yaxın media orqanları “təşkilatın Öcalanın çağırışı və əvvəlki konqres qərarları əsasında yeni addım atacağı” barədə xəbər yaymışdılar. Bu xəbərlərdə bugünkü açıqlamanın veriləcəyi öncədən bildirilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol