"Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”.
"AzPolitika" xəbər verir ki bunu ABŞ Prezidenti Donald Tramp Rusiyanın “Burevestnik” adlı nüvə başlığı daşıya bilən raketini sınaqdan keçirməsinə münasibət bildirərkən deyib.
Qeyd edək ki, Rusiya “Burevestnik” adlı raketi sınaqdan keçirib. Rusiya lideri Vladimir Putin bu raketin istənilən havadan müdafiə sistemini vurub keçə biləcəyini iddia edib.Raketin “8 000 mildən (təxminən 13 000 km) çox” məsafə qət edə biləcəyi bildirilir.
Jurnalistlər ABŞ prezidenti Donald Trampdan Rusiyanın yeni nüvə enerjisi ilə işləyən “Burevestnik” raketinin uğurlu sınağı barədə açıqlamasına münasibət bildirməsini xahiş edib.
Tramp cavabında deyib: “Onlar bilirlər ki, bizdə nüvə silahı daşıya bilən sualtı gəmi var və bu dünyada ən yaxşısıdır. Özü də onların (Rusiyanın) sahillərindədir. Nəsə etmək üçün 8 000 mil yol getmək lazım deyil. Ruslar bizlə oyun oynamırlar, biz də onlarla oyun oynamırıq. Biz həmişə raket sınaqdan keçiririk. Bizim nüvə silahı daşıya bilən sualtı gəmimiz var. Məncə raket sınağı Putin üçün münasib bir hərəkət deyil, o Ukraynadakı müharibəni bitirməlidir. Bu müharibə bir həftə davam etməli idi, amma tezliklə 4-cü ilinə daxil olur. Putin raket sınağı keçirmək əvəzinə müharibəni dayandırmalıdır”
"AzPolitika.info"

Şərhlər