Menu

“Bu qış həlledicidir” - Almaniya XİN başçısı

28.10.2025, 10:17

Almaniyanın Xarici İşlər naziri Yohan Vadeful Qərb müttəfiqlərini soyuq qış öncəsi Ukraynanı qətiyyətlə dəstəkləməyə çağırıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın XİN başçısı Brüsseldə, NATO-nun baş katibi Mark Rutte ilə danışıqlardan sonra deyib: "Bu qış dövrü olduqca həlledici əhəmiyyət daşıyır. Ukrayna müdafiə qabiliyyətini qoruyub saxlamalıdır".

Onun sözlərinə görə, "Könüllülər koalisiyası" "Ukraynanın bu qışdan sağ çıxması üçün bütün qüvvələri səfərbər etmək" zərurətini müzakirə edib. Almaniya bu məsələdə xüsusi məsuliyyət daşıyır. Buna görə də o, vurğulayıb ki, Ukrayna istənilən vaxt Almaniyaya güvənə bilər.

Bu açıqlamalar qış ərəfəsində Rusiyanın Ukraynanın enerji infrastrukturuna genişmiqyaslı zərbələr endirməsi ilə bağlıdır. Bundan əlavə, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ilə görüşdən sonra Vadeful Vladimir Putinə təzyiqi artırmağın vacibliyini bildirib. O, Twitter-də yazıb: "Biz Putinə təzyiqi artırmalı və Avropa dəyərlərimizi müdafiə etməliyik - güclü Avropa tərəfdaşlığı çərçivəsində birləşib sülh üçün məsuliyyət daşımağa hazır olmalıyıq".

NATO-nun Baş katibi ilə danışıqlardan sonra isə Vadeful Twitter-də vurğulayıb ki, Avropa və NATO bir olduqları zaman güclüdürlər. Buna görə də onlar Ukraynaya dəstəyi artırırlar.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol