Kiçik partiyalarla “siyasi evcik-evcik oyunu” nə vaxta qədər davam edəcək?
Son günlər Fəzail Ağamalının partiyası (dərnəyi) ətrafında baş verənlər tragikomik təsir bağışlamaqla yanaşı, həm də ibrətamiz xarakter daşıyır. Ağamalı bu baş verənləri “bir ata kimi mənim faciəm” adlandırsa da, təəssüf ki, bu “faciə” sadəcə, bir şəxs kimi onun deyil, dərnək ölçülü partiyalar hesabına yaradılmış süni daxili partiyalararası siyasi mübarizə mühitinin faciəsi, bəlkə də fiaskosudur...
Bu, onun göstəricisidir ki, kiçik partiyaların deputat mandatı ilə birgə xüsusi mülkiyyət, “obyekt” kimi bir nəfərin ixtiyarına verilməsi, sonra da onların vasitəsilə parlamentdə və ondan kənarda siyasi mübarizə, rəqabət görüntüsü yaradılması taktikası özünü doğrultmur, əksinə, bu cür ikrah doğuran fəsadlar yaradır...

Hələ hazırkı parlament seçiləndə onun bir hissəsinin “vərəsəlik prinsipi” əsasında formalaşdırılması cəhdlərinin eybəcər nəticələr verəcəyi barədə çoxsaylı xəbərdarlıqlar olmuşdu. Buna baxmayaraq, eks-millət vəkilləri Fəzail Ağamalı, Əhməd Vəliyev və Tahir Süleymanovun övladları parlamentə salınaraq, bir növ atalarının mandatı onlara “dədə malı” kimi peşkəş edildi. İndi isə bunun acı nəticələrini tək seçici yox, Ağamalının timsalında övladını parlamentə otuzduranların özləri də görməkdədir...
Ağamalının övladlarının onun partiyasını “ata malı kimi” sivil, normal şəkildə bölüşdürə bilməməsi, bu zaman qarşılıqlı ittihamlara və hətta bir-birinə qarşı “donoslara” əl atması “siyasi evcik-evcik oyunu”nu xatırladan bu mühitdə ailədaxili münasibətlərin, milli, mənəvi dəyərlərin belə nə dərəcədə deqradasiyaya uğradığını göstərir.
Eynilə də deputat Elmar Nəsirovun qızı ilə bağlı yaranan qalmaqal, onun qızının dediyi adi həqiqətləri min yerə yozaraq, “radikal müxalifətin əməli” kimi təqdim etməsi və bunu millətə “yedizdirməyə” çalışması da bu mənəvi çürüklüyün daha bir təzahürüdür...

Görün məsələ nə yerə çatıb ki, Fəzail Ağamalı bir növ öz doğma oğlu barədə “Ulu öndərimiz haqda indi fikir söyləyir, prezidentimizə tərif söyləyir utanmadan. Bəs siz bu günə qədər onun dövlət, dövlətçilik, milli ideyalarımız haqqında bir yazısına rast gəlmisiz?” deməklə, ondan “donos verir”.
Yəni, belə çıxır ki, oğul atası ilə şəxsi söhbətlərində heç də hakimiyyət barədə üzdə olduğu kimi danışmayıb. İndi isə ata bundan öz oğluna qarşı istifadə edərək, “donosçuluq” edir. Doğrusu, bu, Ağamalının ata kimi faciəsindən daha çox, oğlu Elçinin oğul kimi faciəsidir...
Bu adam öz balaca partiyasında, eləcə də oğlu və qızı arasında belə ədaləti qoruya, ədalətli qərar verə və saxtakarlıqdan, yalandan vaz keçə bilmir. Beləsindən ölkə miqyasında – parlamentdə haqqa, ədalətə, qanuna, xalqın maraqlarına xidmət gözləmək nə dərəcədə ağlabatandır? Bunun ağlabatan olmadığını və bu cür davranışların onun üçün yad olmadığını Ağamalı zatən özünün parlamentdəki fəaliyyəti ilə dəfələrlə sübut edib...

Bu, təkcə ata və oğulun deyil, həm də millətin faciəsidir ki, belə adamlar 6 çağırış - 30 il ona (guya) vəkillik edib. Təbii və təəssüf ki, parlamentimizdə gəlmiş keçmiş belə deputatların sayı-hesabı yoxdur...
Bütün bunların kökündə parlamentin formalaşmasında uzun illər söz sahibi olmuş və bu gün xəyanətkar olduğu ortaya çıxan Ramiz Mehdiyevin qoyduğu “prinsiplər”, onun parlamentə salınacaq şəxslərin müəyyənləşdirilməsi “qaydası” dayanır. Hansı ki, son seçkilərdə də parlament yenə bu “prinsiplər” əsasında formaslaşdırıldı.
Bu “qayda və prinsiplər”in yumşaq desək, qüsurlu olmasının nəticəsidir ki, partiya adlanan kiçik bir dərnəyin 30-40 nəfərlik “qurultayı”nın, hətta doğma qardaşının belə lider kimi qəbul etmədiyi Ağamalının qızı üç böyük rayonu birləşdirən 65 saylı Salyan-Neftçala-Biləsuvar Seçki Dairəsinin 52 min seçicisi adından parlamentə deputat kimi təyin olunub. Hansı ki, o yerə yerli camaatın daha yaxşı tanıdığı və etimad göstərdiyi, layiq bildiyi, yaxud ölkə çapında tanınan hansısa ziyalı namizədlərdən biri düşə bilərdi. Amma göründüyü kimi, “seçim sistemi və kriteriyaları” buna imkan vermir...

Odur ki, bu gün həm Ağamalılar ailəsində və partiyasındakı olaylar, həm də Elman Nəsirovla bağlı baş verənlər bu parlamentə seçiləcək namizədlərin siyahısını hazırlayanların, onları tövsiyə edənlərin “əsəri”dir. Bu “seçimləri” edənlər həmin adamların kimliyinə də, həyat prinsipləri və mənəviyyatına da çox yaxşı bələddirlər. Amma buna baxmayaraq, məhz belələrini parlamentə salırlar, seçimlərini onların üzərində saxlayırlar.
Təəssüf ki, bu siyahıları hazırlayıb təqdim edənlər öz “iş prinsipləri”ni dəyişməyincə, parlamentdə “Mehdiyevin şinelindən çıxanlar” və “vərəsəlik hüququ” ilə mandat alanlardan ibarət “fraksiya” öz varlığını saxlayacaq...
Cəlal Məmmədli
“AzPolitika.info”

Şərhlər
Bunların ikisinədə Sərdar bəy Pazalogiyadan dərs keçmişdir...
Çox sağ ol, deyiləsi hır şeyi demisən
BIzim Faciemiz.............
Temiz (Matishkediler …..
Fəzail Ağamaliyev, və Elman Nəzirov tipli i yüzlərlə deputatın parlamentə cəmləşməsi millətimiz üçün ən böyük təhqirdir.
Ağamalının briqadasında manqa başçıları bir-birini qırır.
Parlamentin bu şəklə düşməsi bir həqiqətin ucbatındadır. Həmin həqiqət hamının dilinin ucundadır, amma heç kim tilsimi sındırıb o sözü deyə bilmir. Hamı tüstüləyərək içində yanır.
К сожалению, всё эти вакханалии, социальный хаос, видим, включая автора, постфактум
К сожалению,
SİYASİ EMLƏR ADDA DDKTOR TİTUU OLMUR.OLUR TARİX e.d.FƏLSƏFƏ e.d.HÜQUQ e.d.,VƏSAİR.SİYASİ ELM OLMUR BELƏ TİTUL GEYDİRMƏ TİTULDUR.ELƏELMANIN DEPUTATĞİ KİMİ.
Ağla Azərbaycan, ağla. Belə adamlar hələ bir illərdirdi də parlamentdə otuzdurulub, millete edebi erkan dersi vermeye çalışblar. O millet ki, onun da hali ortada.
Bizim dövlətimizi biabır edənləri Allah cəzalandıracaq.Ğözləyin bu mütləq baş verəcək.
Elman Nəsirov hazırki parlamentin ən savadlı üzlərindəndir. Necə deyərlər, "Platon dostumdur, lakin həqiqət daha üstündür".
Başqa məsələ ki, onun tutduğu mövqe kimlərəsə xoş gəlməyə bilər. Bir şey anlaşılan deyil, Azpolitika onun bu mövqeyi ilə razı deyil ki?
Baxıram bunların hamısının keçmişi elə indiki kimi qaranlıq olub, heç normal ailə də qura bilməyib üstü açılanda da Tramp kimilərini stat gətirib can qurtarmaq istəyirlər. Adama deyərlər ə gələk elə Trampın o qədər yaxşı məziyyətləri içində məhz onun bazdığını özünə kumir seçəydin? Və ya sənailəli ola ola bazdıx edəndə Tramp tanıyırdım? .....
Hər ikisi sanki, öz həyat yolları ilə, " fəaliyyətləri" ilə Əlizadə olmasa ox oxşardılar. Ölkəmizi siyasi həyatında ən hörmətsiz, bəlkə də rəzil simalardandır. Arxaları çox güclü olduğundan onlara batan biləcək kimsənin olmadığı düşüncəsi ilə sağa sola pülyürdülər. Amma Allah yaşlarından çıxıbmış. Və indi Tanrının hüzurunda haqq hesab çəkirlər və hələ bunu anlamırlar....
Iki həyası olmayan üz-üzə ! Maraqlıdır deyilmi?
Belə olaylar sadə insanların hər birinin başına gələ bilər. Amma bütün Azərbaycana ağıl öyrədən, politoloq, psixoloq, professor-mrofessor və nəhayətdə Millətin Vəkilisənsə heç başına gələ bilməzdi. İndi Elman Nəsirov həzrətləri mənə haqq verir ki, ona deyəm: sənin diplomun da, elmi(?) adın da, deputatlığın da saxtadır... xınalı başlı ...
Azərbaycanda sekilərə.namizədlərin veriməsinə.seçkinin kerilməsinə təyin edilmiş şəxslərin qanuunsuz əməllərinə.özbaşınalıqlarına nəzarət etməli məmirlar niyə fəaliyyətsiz olub ki.bu qədər pozuntular.saxtakarlıqlar dəfələrlə baş verib7