Menu

“Qarabağ” – “Çelsi” oyununun biletləri satışa çıxır - Qiymətlər necədir?

29.10.2025, 11:52
“Qarabağ” – “Çelsi” oyununun biletləri satışa çıxır - Qiymətlər necədir?

Bu gündən etibarən futbol azarkeşləri Çempionlar Liqasında “Qarabağ” və “Çelsi” komandaları arasında keçiriləcək qarşılaşmanın biletlərini əldə edə bilərlər.

Satış saat 15:00-da başlayacaq. Biletlərin qiymətləri sektor və yerə görə dəyişir — 10 manatdan 1000 manatadək.

Biletləri iticket.az saytından və mobil tətbiqindən onlayn şəkildə, həmçinin “Qarabağ” klubunun fan-şopundan (Park Bulvar Ticarət Mərkəzi) və stadion kassalarından almaq mümkündür.

Qeyd edək ki, qarşılaşma 5 noyabrda, Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

"AzPolitika.info"

Şərhlər

Laçınlı balası 2025-10-29 23:14:48

Qarabağa uğurlar arzulayıram 3:2 də inşallah şot deyirəm

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol