Menu

Ukrayna kəşfiyyatı rus polkovniki partlatdı – Kiyev ətrafındakı qətliamlarda iştirak etmişdi (VİDEO)

29.10.2025, 17:18
Ukrayna kəşfiyyatı rus polkovniki partlatdı – Kiyev ətrafındakı qətliamlarda iştirak etmişdi (VİDEO)

Rusiyada Ukraynada müharibə cinayətləri və qətliamlarda iştirak etmiş podpolkovnik partladılıb.

“AzPolitika” xəbər verir ki, Ukrayna mediasının, Hərbi Kəşfiyyat İdarəsinə istinadla, yazdığına görə, podpolkovnik Venyamin Majerinin idarə etdiyi avtomobil 25 oktyabrda ona quraşdırılan partlayıcı vasitəsilə Kemerovo vilayətində havaya uçurulub.

Ukrayna Baş Kəşfiyyat İdarəsi 45 yaşlı Majerinin Rusiyanın "Obereq" xüsusi təyinatlı dəstəsində xidmət etdiyini bildirib. Bu bölmə 2022-ci ilin fevral və mart aylarında Kiyev bölgəsində müharibə cinayətlərində və Ukrayna əhalisinə qarşı qətliamlarda iştirak edib.

Ukrayna hərbi kəşfiyyatı "Obereq"dən olan müharibə cinayətkarlarını hələ 2022-ci ilin aprel ayında adları ilə müəyyən edib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi xatırladıb ki, Ukrayna xalqına qarşı törədilən hər bir müharibə cinayətinə görə ədalətli cəza olacaq.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol