Menu

Azərbaycanda bu sahə üzrə tədqiqatçı qıtlığı var - AMEA prezidenti açıqladı

20.10.2026, 16:22
Azərbaycanda bu sahə üzrə tədqiqatçı qıtlığı var - AMEA prezidenti açıqladı

Azərbaycanda seysmologiya sahəsində tədqiqatçı qıtlığı var.

"AzPolitika" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək" elmi konfransda bildirib.

Onun sözlərinə görə, seysmologiya üzrə kadr hazırlığına ehtiyac var:

"Azərbaycanda seysmologiya üzrə tədqiqatçılar azdır. Hazırda bu sahədə doktorantlar da yoxdur və bu istiqamətdə iş aparmalıyıq. Bu sahədə çoxlu tədqiqatlar aparılmalıdır. Seysmologiya üzrə kadr hazırlığının həyata keçirilməsi vacib məsələlərdən biridir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol