Menu

BAXÇALIDAN TÜRK BİRLİYİ MESAJI: “Türk qurşağı” əməkdaşlığı gücləndirəcək

20.10.2026, 17:08
BAXÇALIDAN TÜRK BİRLİYİ MESAJI: “Türk qurşağı” əməkdaşlığı gücləndirəcək

Türk Dövlətləri Təşkilatı (TDT) həm regionda, həm də qlobal miqyasda sülhün, əmin-amanlığın və ədalətin təmin olunmasına töhfə verəcək mühüm aktordur.

"AzPolitika" xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib.

Onun sözlərinə görə, formalaşacaq “Türk qurşağı” türk dövlətləri və icmaları arasında dialoq və əməkdaşlığı gücləndirəcək, “Türk əsri” və “Türkiyə əsri” hədəflərinin reallaşmasına töhfə verəcək.

Baxçalı qeyd edib ki, müstəqillik və suverenlik çərçivəsində mövcud imkanlardan yararlanan türk dövlətləri müasir dövrün güclü aktorlarına çevriləcəklər.

MHP sədri həmçinin bildirib ki, oktyabrın 29–30-da Türkiyənin ev sahibliyi edəcəyi Türk Dövlətləri Təşkilatının 13-cü zirvə görüşü zamanı türk dünyasının diqqəti Ankaraya yönələcək.

“Türk dünyası olaraq birlikdə Cümhuriyyətimizin 103-cü ildönümünü qeyd edəcək, bununla da birliyimizi və həmrəyliyimizi həm dostlara, həm də düşmənlərə bir daha nümayiş etdirəcəyik”, – deyə Baxçalı vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol