Menu

"Moskvada yerləşən bu iki müəssisə məhv edilməlidir" Hərbi ekspert

29.10.2025, 17:28
"Moskvada yerləşən bu iki müəssisə məhv edilməlidir"  Hərbi ekspert

Moskva ərazisində yerləşən bu iki kritik müəssisənin məhv edilməsi vacibdir. 

Bunu ukraynalı hərbi ekspert Anatoliy Xrapçinski deyib.

Xrapçinskinin sözlərinə görə, həmin müəssisələrdən biri “taktiki raket silahlanması”,  əsasən X-101, X-555, X-69 və X-59 kimi raket siniflərinin istehsalı ilə məşğuldur. Digər müəssisə isə “Jukovski” adlanan zavoddur ki, orada Tu-95MS bombardmançı təyyarələrinin təmiri aparılır.

Ekspert vurğulayıb ki, Ukrayna hazırda uzaq məsafədən zərbə endirə bilən vasitələrin sayını artırmağa çalışır, lakin yalnız emosional zərbələrdən danışmaq kifayət etmir — əhəmiyyətli obyektlərə zərbələr endirmək imkanı haqda da düşünmək lazımdır. 

“Bu obyektlərə zərbələrə ehtiyac var və öncədən Rusiya hava müdafiəsinin yoxlanılması vacibdir,” — deyə Xrapçinski bildirib.

O əlavə edib ki, bəzi "OSINT" tədqiqatçıları Moskva regionunda yerləşən hava müdafiə vasitələrinin – hətta dəqiq koordinatlarla – açıq mənbələrdə mövcud olduğunu aşkar ediblər. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol