29 oktyabrda Litva hökuməti Belarusla sərhədi bir ay müddətinə bağlayıb. Yalnız bəzi şəxslər üçün istisnalar tətbiq ediləcək.
“AzPolitika” xəbər verir ki, bu barədə Litva mediası məlumat yayıb.
"Sərhəddə və hava limanlarında gərgin vəziyyətin həllinə yönəlmiş layihələr təqdim edirik. İnanırıq ki, bu dəyişikliklər problemin həlli üçün heç bir səy göstərməyən, dost olmayan qonşumuza aydın bir siqnal göndərməlidir. Bu gün, bəli, Baş nazir özü vəziyyətimizdən xəbərdar olduğunu bildirdi; bilir ki, bu, sərhəd təhlükəsizliyinə də təsir edir və sərhədin açılması təhlükəsizliyin azalmasına səbəb ola bilər", - Litvanın Daxili İşlər naziri Vladislav Kondratoviç deyib.
Bundan əlavə, Kondratoviç qeyd edib ki, Litvadakı vəziyyəti nəzərə alaraq Polşa da Belarusla sərhəd keçidlərini açmağa tələsməyəcək.
“AzPolitika.info”


Şərhlər