Menu

"Arsenal"-ın oyununu azərbaycanlı hakim idarə edəcək

03.11.2025, 11:57
"Arsenal"-ın oyununu azərbaycanlı hakim idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Çempionlar Liqası oyununa təyinat alıb.

Bu barədə UEFA-nın rəsmi saytında məlumat dərc olunub.Belə ki, o, UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində noyabrın 4-də Çexiyada baş tutacaq “Slaviya”-“Arsenal” oyununu idarə edəcək.Sözügedən görüşdə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri olacaq, həmçinin Elçin Məsiyev dördüncü hakim funksiyasını yerinə yetirəcək."AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol