Ermənistan-Türkiyə sərhədinin açılması hazırda müzakirə mövzusu deyil.
“AzPolitika” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Türkiyədəki diplomatik mənbələrə istinadla məlumat yayıb.
Agentliyin mənbəyi həmçinin qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün danışıqlar davam edir: "Hazırda biz sərhədin açılmasından deyil, münasibətlərin normallaşdırılmasından danışırıq. Bu məsələ prosesin gedişatından asılı olacaq. Hələlik bununla konkret bir zaman çərçivəsi yoxdur".
“AzPolitika.info”


Şərhlər