Menu

Dövlət büdcəsindən ilk dəfə “İctimai Nəqliyyat” Fonduna vəsait ayrılacaq

04.11.2025, 13:24
Dövlət büdcəsindən ilk dəfə “İctimai Nəqliyyat” Fonduna vəsait ayrılacaq

“İctimai Nəqliyyat” Fonduna 155 milyon manat vəsait ayrılacaq.

“APA-Economics” xəbər verir ki, bu barədə Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsi üzrə rəyində qeyd olunub.

Sənəddə bildirilir ki, 2026-cı ildə yol vergisi üzrə daxilolmaların 155 milyon manatı “İctimai Nəqliyyat” Məqsədli Büdcə Fondu (MBF), 239,4 milyon manatı isə “Avtomobil Yolları” MBF üzrə nəzərdə tutulub.

Qeyd olunur ki, “İctimai Nəqliyyat” Fondu ilk dəfə 2025-ci ildə formalaşdırılıb və onun gəlir mənbələrindən biri kimi avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə tətbiq edilən yol vergisinin müəyyən hissəsi bu fonda yönəldiləcək.

Hesablama Palatası bildirib ki, yeni fondun yaradılması nəqliyyat sektorunda maliyyə intizamının gücləndirilməsi və şəhər nəqliyyatının infrastruktur xərclərinin şəffaf idarə olunması məqsədi daşıyır.

Şərhlər

Vətəndaş 2025-11-04 14:03:34

Belə ayırmalar həmişə olnumalıidi.Çünki bütün dünyada ictimai nəqliyyat dotasiya iə saxlanılr.Gediş qiymətlərini qadırmaq ən pis və əhali üçün ağır bir prosessdr.Aərbaycanda nəzər alınsa ki,əmək haqları.müavinətlər avropa,Amerika,hətta bəzi Afrika ölkələrindən aşağıdır,Qiymət qaldırma prossesi əhaliyə qəsd xarakteri ikimi anlaşılır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol