Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artır.
Bu, Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.
Beləliklə, gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı 15 manat artırılaraq 300 manat olacaq.
Qeyd edək ki, 2025-ci ildə yaşayış minimumu və ehtiyac meyarı 285 manat olub.

Şərhlər
Yaxşı olardı ki, Deputatların maaşları da minlərlə seçicilərin yaşayış minimumu və ehtiyac meyarı kimi aldıqları pensiya kimi 300 manat olsun.
Ayıb,çox ayıb.15 manat 30 günə heç nə etmir.Hətta 1 kq.ət və yağ almağa yetmir.Bu qərar hansı ağılla və məqsədlə çıxarılır? Unudurlar ki.ölkədə il ərzində hər şey 25-60 faiz və daha çox bahalaşıb. Bu deputatların antixalq olduğuna əyani sübutdur.