UEFA Avropa Liqasının qrup mərhələsində İngiltərənin “Çelsi” klubu ilə heç-heçə edən “Qarabağ” futbolçularına xüsusi mükafat verib.
Məlumata görə, oyuna əsas heyətdə başlayan futbolçulara 70 min manat, sonradan meydana daxil olanlara 35 min manat, ehtiyatda qalan oyunçulara isə bu məbləğin 25–30 faizi qədər bonus ödənilib.
Klub rəhbərliyi bu addımı komandanın Avropa nəhəngi qarşısında göstərdiyi mübariz oyuna görə təşəkkür jesti kimi atıb.
Qeyd edək ki, əgər “Qarabağ” “Çelsi” üzərində qələbə qazansaydı, əsas heyət oyunçularına veriləcək mükafat 120 min manat təşkil edəcəkdi.
"AzPolitika.info"

Şərhlər