“Artıq üçüncü gün başa düşdüm ki, müharibədə qalib gələ bilməyəcəyik”.
“AzPolitika” xəbər verir ki, bunu ötən gün Ermənistanın sabiq prezidenti Robert Köçəryan TV5-ə verdiyi müsahibədə deyib.
"İkinci gün Qarabağda idim və gördüklərim məni cəmi bir-iki gün ərzində bu müharibəni uduzacağımıza inandırdı. Qarabağda iki həftə keçirdim və hər gün Arkadi Qukasyan və Bako Saakyan vasitəsilə Arayik Harutunyanı müharibəni dayandırmaq üçün mümkün olan hər şeyi etməyə inandırmağa çalışırdım. Uduzduğumuz açıq-aydın görünürdü…"
Vəziyyətin pisləşdiyimi gördüyü üçün Qarabağdan qaçan Koçaryan deyib ki, Arayikə müharibənin gedişi ilə bağlı təklif vermək istəyib, lakin onun “qəbuluna düşə bilməyib”: “Müdafiənin təşkili və eyni zamanda, əlbəttə ki, müharibəni mümkün qədər tez dayandırmaq üçün mümkün olan hər şeyi etmək baxımından çox konkret təkliflərim var idi. O, imtina etdi, görüşmək istəmədi və Bako Saakyan vasitəsilə bunları çatdırdı: "Əgər Koçaryanla görüşsəm, Ermənistanın Baş naziri məni yeyəcək". Bu, onun dəqiq sözləridir, "məni yeyəcək". Orada normal ordu idarəetməsini görmürdüm; sadəcə mövcud deyildi. Çünki komandanlıq strukturunda əvvəllər belə dəyişikliklər edilmişdi və bu müharibəyə uyğun olmayan insanlar əsas vəzifələrə təyin olunurdular… Müharibədən əvvəl hava məkanının bağlanması elan edilmişdi. Amma bu, qətiyyən belə deyildi.
Ən vacib hallardan biri Ermənistanda aparılan biabırçı səfərbərliklər idi. Bunu etməkdənsə, heç nə etməmək daha yaxşı olardı”.
"AzPolitika.info"

Şərhlər
SSRİ Konstitusiyası, Azərbaycan Cinayət Məcəlləsi, BMTnın Ədalət Məhkəməsindən K ilə MQnun qaçırdıb, daha şiş taxt-taca oturtduğu mif-millətçi genosid *QƏHRAMANI* *Qoğalın nağılı*? Laçın sərhəddi qapansaydı əski kitabələrə yozma əlavə, *separat* hərbi silahlı uydurma *Artsax* neçə ay yaşardı?
Bu clndlr ele danışır ki ele bil heeb seneti üzre "Dahidur".Anxaq bu sadece adi "Qucaq ermenisidir"Rusun qucağında oturub dalı istileşende "qeyrete" gelir.Vessakam.Bu millete tarix boyu etibar etmek olmaz çünki kişilikleri yoxdyr .qanları xarabdır.