Menu

Azərbaycanlı hakim AÇ-nin final mərhələsinə təyinat aldı - Tarixdə ilk dəfə

10.11.2025, 16:10
Azərbaycanlı hakim AÇ-nin final mərhələsinə təyinat aldı - Tarixdə ilk dəfə

Tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb. Bu barədə AFFA-dan məlumat verilib.

FIFA referisi Hikmət Qafarlı Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi ilə keçiriləcək Avropa çempionatı – 2026-nın final mərhələsində fəaliyyət göstərəcək 32 hakimdən biri olacaq. H. Qafarlı turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək.

Qeyd edək ki, qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol