Karyerasını Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda davam etdirən portuqaliyalı superulduz Kriştiano Ronaldo aktiv futbol kariyerasını sonlandıracağı tarixi açıqlayıb.

"Tezliklə, yəni 10 ildən sonra futbolu atacağam. Xeyr, zarafat edirəm. Hazırda sadəcə hər şeydən zövq almağa çalışıram. Bilirsiniz, müəyyən yaşa çatanda futbolda vaxt tez keçir. Hazırda özümü yaxşı hiss edirəm. Qollar vururam, fiziki vəziyyətim yaxşıdır. Milli komandada da çox yaxşı çıxış edirəm. Amma dürüst olmalıyam ki, bir-iki il ərzində futbolu atacağam", -deyə bildirib.

2026-cı il Dünya Kubokunun son turniri olacağını qeyd edən portuqaliyalı əfsanə daha sonra bildirib: "2026-cı il Dünya Kuboku mənim son turnirim olacaq, çünki 41 yaşım olacaq. Futbola hər şeyimi vermişəm. Bu oyunu 25 ildir oynayıram. Həm klub, həm də milli komanda karyeramda bir çox rekord qırmışam. Çox qürur duyuram. Ona görə də gəlin anın dadını çıxaraq, anın içində yaşayaq".

"AzPolitika.info"