"UNEC-də bu gündən etibarən yeni layihəyə - "Akademik İnkişaf və İnnovativ Tədris" Təlim Proqramına başladıq".

"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov rəsmi sosial media hesabında məlumat verib.

Rektor daha sonra bildirib: "Təlim UNEC-in pedaqoji heyəti üçün nəzərdə tutulub və əsas məqsədi müəllimlərin yeni təlim metodikası və müasir təhsil texnologiyaları sahəsində (tədris materiallarının online platformalarda süni intellekt vasitəsilə yaradılması və yerləşdirilməsi(Google Classroom/Edpuzzle/Lumen5 və s), Netiket qaydaları və Aİ polisi, Qiymətləndirmə və Rubriklərin yaradılması, tələbə aktivliyinin izlənməsi prossesi və online platformaların Google classrooma inteqrasiyası, Layihə Əsaslı və Problem Əsaslı Təlim, Çevrilmiş Təhsil, dərs öncəsi, dərs prosesində və dərsdən sonra öyrənmə, öyrənmə nəticələri və s.) bilik və bacarıqlarının artırılmasıdır. Layihə tədris ili boyu davam edəcək".