Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun 2 sakin haqda rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət edib.
"AzPolitika" Musavat.com-a istinadən xəbər verir ki, icra başçısı rayonun Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və oğlu Vüsal Muradovun barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə iddia qaldırıb.
Başçını narazı salan isə kənd sakinlərinin mətbuat üzərindən ondan pullarını tələb etmələridir.
Şabran rayon Uzunboyad kənd sakini Vüsal Muradov mətbuata müraciət edərək Şabran rayon İcra Hakimiyyətinin rəhbəri Asif Hüseynovun onlara olan borcu ödəməməsindən şikayətləniblər.
Kənd sakini iddia edir ki, anası Səbirə Vəliyeva 2022-ci ildə ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpanı icra başçısına nisyə satsa da, pulunu ala bilməyib.
Arpa satılan zaman icra başçısı özü qapıya gəldiyi üçün, ona inanıblar və alış-verişlə bağlı hər hansı sənəd imzalamayıblar.
"Sənəd yoxdur. Elə-belə inandıq da. Dedik daha bu boyda rayonun başçısıdır. Mən onunla sənəd imzalayım, notariusa aparım, qol çəkdirim ki, nisyə verirəm? Elə olmur axı... Ayıbdır. Dedi, verdim. Mən də inandım ki, daha bu boyda rayonun başçısıdır da, yalan danışmaz”, - Vüsal Muradov "BBC Azərbaycanca”ya bildirib.
Oktyabrın 20-də ailə deyib ki, şikayətdən sonra onlara Şabran rayon İcra Hakimiyyətinin rəhbəri Asif Hüseynovun Səbirə Vəliyeva və oğlu Vüsal Muradovla görüşmək istədiyi bildirilib.
Bundan bir neçə gün sonra isə Şabran Rayon Məhkəməsinə icra başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında şikayəti daxil olub.
Artıq şikayət üzrə hazırlıq iclası keçirilib və xüsusi ittiham üzrə noyabrın 19-na baxış iclası təyin olunub.

Şərhlər
Rayonlara Prezidentn təyin etdiyi icra başçıları tərəfindən rayonun əkin və otlaq sahələrini mənimsəmələri üzündən Azəraycanda taxıl.pambıq əkinləri və maldarlıq iflasa uğrayıb.Bunu görən.arşısını almaq istəyən isə tapılmır.Əkin sahəərinin tyinatı dəyişdirilir və ya boş saxlanılır.
İcra başçısına da adam kömək edərmı? Sizin ağlınız harda idi? ALLAHa and olsun adını bilmədiyim, üzünü belə bir dəfə görmədiyim hansısa icra başçısı yanımda od tutub yansa onun üstünə bir ovuc su töksəm məndən
pis adam olmasın.
Asəf bəy bu dəyərun dəmədiyi 15 ton arpanı hansı toraqda əkəcək? Ozıya təyin ounananda özü ilə torpaq gətirib? İcra başçılarının belə mənimsmələri niyə Prezdent aparatının diqqətini cəlb edib qarşısı alınmır?