Azərbaycan millisinin sabiq müdafiəçisi Mert Çelik futboldan kənarlaşdırılıb.
Məlumatı Türkiyə Futbol Federasiyasının mətbuat xidməti yayıb.Onun cəzalanmasına səbəb mərc oyunları ilə bağlı fəaliyyəti olub. 25 yaşlı müdafiəçi 45 gün müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.Hal-hazırda “Sivasspor”da çıxış edən futbolçu sosial şəbəkə hesabında açıqlama verərək dərin narahatlıq keçirdiyini deyib.“Bir müddətdir adımın hallandığı və etibarıma zərər verən bu mövzu səbəbindən dərin narahatlıq içindəyəm. Kiçik yaşda internet saytında qeydiyyatdan keçməyin illər sonra cəzasını yaşayıram. Ailəmə, yaxınlarıma və bütün sivaslılara yaşatdığım bu vəziyyət qarşısındakı xəcalətimi sözlə ifadə etmək çətindir. Yenə də ən yüngül cəza ilə bu prosesi geridə qoymaq mənə müəyyən mənada təsəlli verir” , - deyə o paylaşımında qeyd edib."AzPolitika.info"Millinin üzvü futboldan uzaqlaşdırıldı - Mərc oyunlarına görə

Şərhlər