ABŞ-li iş adamı İlon Mask ölkəsində böyük müzakirələrə səbəb olan yeni bir fikir irəli sürüb.
"Tesla" səhmdarları toplantısında çıxış edən Mask cinayət törətmiş şəxslərin həbsxanaya salınması əvəzinə "Optimus" robotları tərəfindən izlənməsinin daha insani bir alternativ ola biləcəyini bildirib.
Mask çıxışında belə deyib:“Bəlkə də insanlara gələcəkdə cinayətlərin qarşısını almaq üçün daha insani yol təklif edə bilərik. Tutaq ki, sizə pulsuz bir Optimus robotu verilir və bu robot sizi izləyir, cinayət etməyinizə mane olur. Amma bunun xaricində istədiyiniz hər şeyi edə bilərsiniz. Həbsxanaya ehtiyac qalmaz”.
Mask "Optimus" robotlarının cinayətin qarşısını necə alacağı barədə heç bir detallı məlumat verməyib. Robotların ləng hərəkəti, sistemin maliyyələşməsi və layihənin etik nəticələri kimi suallar da cavabsız qalıb.
Bundan başqa, yayılan digər məlumatlara görə, "Tesla" robotları təlimləndirmək üçün insan fəaliyyətlərinə dair geniş miqyaslı məlumat toplamaqda ittiham edilir.
"AzPolitika.info"

Şərhlər
Bu cihazı məhkumlara yox, məmurlara qoşsalar daha yaxşı olar. Xüsusilə də o məmurlara ki, talançılıqda və özbaşınalıqda alternativləri yoxdur.