Menu

Kuryerlərə vacib xəbər - Kimlər işləyə bilməyəcək?

06.11.2026, 16:37
Kuryerlərə vacib xəbər - Kimlər işləyə bilməyəcək?

Türkiyədə sürücülük vəsiqəsi və müvafiq sənədləri olmayan şəxslərin kuryer kimi fəaliyyət göstərməsinə məhdudiyyətlərin tətbiqi məsələsi müzakirə olunur. Bu təşəbbüs kuryer xidmətləri sahəsində təhlükəsizlik və nəzarət məsələlərini yenidən gündəmə gətirib. Bəs Azərbaycanda da kuryer fəaliyyəti ilə bağlı oxşar qaydaların tətbiqi mümkündürmü? Gələcəkdə bu sahədə çalışan şəxslərdən xüsusi icazə, sertifikat və ya əlavə sənədlər tələb oluna bilərmi?

Mövzunu "Azpolitika"ya şərh edən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, məxsusi kuryer fəaliyyətini nəzərdən keçirsək görərik ki, orada hansısa xüsusi əhəmiyyət daşıyan ictimai təhlükəsizlik, insanların həyat və sağlamlığına ciddi təsir göstərən bir fəaliyyət yoxdur:

"Ona görə də, bu sektorda fəaliyyət göstərən şəxslərdən xüsusi sənədlərin və ya icazələrin tələb olunmasından söhbət gedə bilməz. Çatdırılma xidməti ilə məşğul olan insanlara dair tələblərə gəldikdə isə, burada məsələ bir az fərqlidir. Əgər şəxs bu xidməti moped, motosiklet və ya maşınla göstərirsə, bu zaman mütləq sürücülük vəsiqəsi olmalıdır. Onsuz da yuxarıda sadaladığımız nəqliyyat vasitələrini idarə edən bütün şəxslərin sürücülük vəsiqəsinin olması məcburi xarakter daşıyır. Həmin şəxsin öz işi və ya kommersiya fəaliyyəti ilə məşğul olmasının fərqi yoxdur. Ona görə də, düşünürəm ki, kuryer fəaliyyəti göstərən, çatdırılma xidməti həyata keçirən şəxslər üçün tətbiq olunan mexanizmlər yetərlidir. Onlardan xüsusi icazə, sertifikat və ya sənədlər tələb etməyə, eləcə də əlavə tədbirlər görməyə ehtiyac duyulmur".

Müşviq Tofiqoğlu

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol