Menu

AZADLIĞA BURAXILAN VİTSE-ADMİRALDAN İLK AÇIQLAMA - VİDEO- Yeniləndi

25.12.2014, 18:51
AZADLIĞA BURAXILAN VİTSE-ADMİRALDAN İLK AÇIQLAMA   - VİDEO- Yeniləndi

Ailəm üçün darıxmışdım. Bayram öncəsi ailəmin yanında olduğum üçün çox sevinirəm. Azadlığa çıxdığıma sevinənlərə təşəkkür edirəm”.

Bunu azvision.az-a açıqlamasında bu gün azadlığa buraxılan Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov deyib.

O, bildirib ki, hazırda ailəsi ilə bir yerdədir: “Mən həmişə haqqqın qələbə çalacağına inanırdım. Dövlətimizin və xalqımızın yolunda həmişə əsgər kimi dayanmağa hazıram. Çox sağ olun”.

Qeyd edək ki, Ş. Sultanov bu gün Fəxri Xiyabana gedərək Heydər Əliyevin məzarını ziyarət edəcək. Daha sonra isə vitse-admiral Şəhidlər Xiyabanında olacaq.

Xatırladaq ki, bu gün Bakı Hərbi Məhkəməsində Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunası barədə verilən vəsatətə baxılıb.

Prosesdə Ş. Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

---

Bu gün Bakı Hərbi Məhkəməsində Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunası barədə verilən vəsatətə baxılıb.

Vəkil Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, prosesdə Ş. Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib.

Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol