2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1093,8 manat təşkil edib. Açıqlanan rəsmi məlumata görə, bu, aylıq müqayisədə 6.1 manat azalma deməkdir.
Bu dövrdə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1781,4 min nəfər olmuş, onlardan 863,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 918,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 13,9 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
Hazırda ölkədə ən yüksək əməkhaqqı bu sahələrdədir:


Şərhlər
Bu nə çaş baş məlumatlardır?İki-üç gün bundan qabaq yamışdınız ki,orta əmək haqqı 9.2 faiz artşb.Dünən yazmışdınz 6 faiz artıb.Bu gün yazrsnız azaıb.Bunu necə anlamaq olar?Məgər əmək haqqı saatlarla dəyişir?
Bu nə məqalədir? Deputatların maaşı niyə göstərilməyib? Özləri öz maaşlarını artırırlar.
Sualı belə qoyulsa daha yaxşı olardı. Azərbaycanda ən boyük talanı hansı məmurlar edir?
Orta aylıq əmək haqqməfhunu əhainin güzəranını qiymətəndirmək üçün etalon olabilməz!Məsələn135 deptat 6000-12000 manat.İra başçıları,mlili qarşıq vəzifəlilər 1200-20000manata qədər maaş aldığı halda 6-7milyon əhali 300-500 manatla yaşamağa məcbur qalb.ölkədəqiymtlər Avropadanbha.maaş və təqaüdlər 5-6 dəfə aşağıdır.
ƏN YÜKSƏK ƏMƏK HAQQINI İŞİNİ BİLMƏYƏNLƏR ALIR.
Ən yüksək maaşı deputatlar, AMEA və Nazirliklər, Nazirliklər, DGK və s. və i...alır...