Türkiyə futbolunu silkələyən genişmiqyaslı mərc qalmaqalı ilə bağlı qərar açıqlanıb. 

Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Kurulu (PFDK) bahis oynadığı iddia edilərək qurula göndərilən 282 futbolçudan 281-nə 45 gündən 12 aya qədər futboldan uzaqlaşdırma cəzası verib.

Federasiyanın uzun müddətdir apardığı araşdırma ümumilikdə 1024 futbolçunu əhatə edib. Onlardan 282-si PFDK-ya sevk olunub və demək olar ki, hamısına ciddi cəza tətbiq olunub.

Cəzaların detalları belədir:

- 281 futbolçuya 45 gün – 12 ay arası hak məhrumiyyəti cəzası verilib;

- Yalnız Canberk Aydemir haqqında yeni qərar çıxarılmayıb;

Buna səbəb odur ki, PFDK həmin futbolçuya 2 sentyabr 2025-ci ildə 1 il müddətinə futboldan uzaqlaşdırma cəzası tətbiq etmişdi.

"AzPolitika.info"