Menu

Bəşər Əsəd köçəri quşları qorumağa söz verdi

25.12.2014, 14:12

Bashar002011-ci ildən bu yana 200 mindən çox adamın ölümünə səbəb olan Bəşər Əsəd rejimi BMT Ətraf Proqramı çərçivəsində köçəri quşların təhlükəsizliyi üçün protokol imzalayıb. Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, BMT Ətraf Proqramı səlahiyyətliləri ilə Suriya Ətraf Mühit Nazirliyi səlahiyyətliləri protokol imzalayıblar.

Onlar ölkə üzərindən keçəcək köçəri quşların təhlükəsizliyini Əsəd rejiminə əmanət ediblər.

Dünya Ətraf mühitin qorunması və köçəri quşlar günü münasibəti ilə nazirlikdən təşkil edilən tədbirdə danışan ekologiya naziri Nazire Sırkis quşların qorunması üçün böyük səy göstərdiklərini vurğulayıb. O, köçəri quşların Suriya torpaqlarında olan bəzi bölgələrdə istirahət etmələri və bu quşların etibarlı bir şəkildə köçlərini davam etmələri üçün lazım olan işlərin ediləcəyini bildirib.

Qeyd edək ki, Suriyada 2011-ci ildə rejimə qarşı başlayan qiyamın ardından rejimin güc strukturlarının hücumları nəticəsində aralarında qadın və uşaqların da olduğu təxminən 200 min adam həyatını itirib. Başda Türkiyə olmaq üzrə ətraf ölkələrdə dörd milyona yaxın suriyalı qaçqın sığınacaq axtarır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol