Menu

"İŞİD Rusiya sərhədində görünür" - Lavrov

25.12.2014, 14:35

Russian FM Lavrov attends news conference in Moscow“İslam Dövləti” (İŞİD) terror təşkilatı casuslarının Əfqanıstanın şimalında - Rusiya sərhədinə yaxın yerdə göründükləri barədə məlumatlar var.

SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Onların (İŞİD-in - red.) İraq və Suriyanın əhəmiyyətli ərazilərində hökmranlığını aradan qaldırmaq lazımdır, onlar artıq Liviyaya da nüfuz ediblər. Onların casuslarının Əfqanıstanın şimalında, yəni Mərkəzi Asiya və Rusiya sərhədinin tam yaxınlığında göründükləri barədə məlumatlar var.", - rusiyalı nazir belə deyib.

Onun sözlərinə əsasən, “təhlükələr beynəlxalq siyasətin bir sıra digər istiqamətlərində də nəzərdən keçirilir”: “Bu, İŞİD, “Cəbhət ən-Nusra”, “əl-Qaidə” kimi terror fəallığının artması ilə birbaşa əlaqəli olan kütləvi qırğın silahının yayılmasıdır. Hazırda müvafiq strukturlarda baxılan çoxsaylı sübutlara əsasən, terrorçular artıq bir neçə dəfə nəticələrinə görə kimyəvi silahla müqayisə edilə bilən zəhərləyici maddələrə çıxış əldə ediblər.”

QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol