Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə Millət Kitabxanasında keçirilən Ailə və Mədəniyyət–İncəsənət Simpoziumunda çıxış edərək ölkədəki demoqrafik vəziyyət, ailə dəyərləri və sosial dəyişikliklərlə bağlı vacib mesajlar verib.
Ərdoğan ailənin milli və mənəvi dəyərlərin qorunduğu əsas institut olduğunu vurğulayıb:“Ailə, milli və mənəvi dəyərlərin qorunduğu bir məktəbdir. Ailə möhkəm olduqca cəmiyyət də güclü olar. Şəxsi gücləndirmədən ailəni, ailəni gücləndirmədən dövləti yaşatmaq mümkün deyil”.
Prezident həm müəllimləri, həm valideynləri, həm də vətəndaş cəmiyyəti təşkilatlarını ölkənin gələcəyi üçün məsuliyyətli olmağa çağırıb.
Ərdoğanın sözlərinə görə, hökumət ailə dəyərlərinə zərər verə biləcək sosial trendlərə qarşı tədbirləri gücləndirib:“LGBT kimi sapqın axınlara qarşı bütün tədbirləri görürük və heç bir güzəştə yol vermirik”.
Ərdoğan daha sonra Türkiyənin demoqrafik vəziyyəti ilə bağlı ciddi xəbərdarlıq edib:“TÜİK-in məlumatına əsasən doğum səviyyəsi 1.48-dir. Bu, öz-özünü yeniləmə səviyyəsindən çox aşağıdır. Hazırda bir fəlakət yaşayırıq".
Onun sözlərinə görə, bu vəziyyət ölkənin uzunmüddətli gələcəyə ciddi təhlükə yaradır.
"AzPolitika.info"

Şərhlər