2026 FIFA Dünya Kuboku pley-off mərhələsinin püşkü atılıb.
"AzPolitika" xəbər verir ki, Türkiyənin pley-off mərhələsindəki rəqibi Rumıniya olub.
Türkiyə millisi yarımfinalı keçərsə, pley-off finalında Slovakiya–Kosova cütünün qalibi ilə səfər matçı keçirəcək.
Qeyd edək ki, turnirdə 48 komanda iştirak edəcək və indiyədək 42 komanda turnirə birbaşa vəsiqə qazanıb. Avropadan daha 4 komanda pley-off nəticəsinə görə, digər qitələrdən isə 2 komanda qitələrarası pley-off vasitəsilə final mərhələsinə vəsiqə qazanacaq.
Qitələrarası pley-off mərhələsi
Yarımfinal
Yeni Kaledoniya – Yamayka
Boliviya - Surinam
Final
Konqo Demokratik Respublikası - Yeni Kaledoniya / Yamayka cütünün qalibi
İraq - Boliviya / Surinam cütünün qalibi
Avropa zonası üzrə pley-off mərhələsi
A yolu
Yarımfinal
1. İtaliya – Şimali İrlandiya
2. Uels - Bosniya və Herseqovina
Final
1-ci cütün qalibi – 2-ci cütün qalibi
B yolu
Yarımfinal
3. Ukrayna - İsveç
4. Polşa - Albaniya
Final
3-cü cütün qalibi – 4-cü cütün qalibi
C yolu
Yarımfinal
5. Türkiyə - Rumıniya
6. Slovakiya - Kosovo
Final
5-ci cütün qalibi – 6-cı cütün qalibi
D yolu
Yarımfinal
7. Danimarka – Şimali Makedoniya
8. Çexiya – İrlandiya
Final
7-ci cütün qalibi – 8-ci cütün qalibi
Pley-off mərhələsinin yarımfinal oyunları 2026-cı il martın 26-da, final görüşləri isə 31-də oynanılacaq.
"AzPolitika.info"

Şərhlər