Menu

Vüqar Qurbanovdan Rəşad Çobanlı ilə bağlı iddiaya REAKSİYA

20.11.2025, 20:56
Vüqar Qurbanovdan Rəşad Çobanlı ilə bağlı iddiaya REAKSİYA

“TƏBİB daxilində ali təhsili olmayan əməkdaşımız yoxdur”.

Bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün keçirilən brifinqdə deyib.

“Son günlər mediada bir əməkdaşımız haqqında yayılan xəbərlə bağlı bildirmək istəyirəm ki, həmin şəxs ATU-nun Tibbi profilaktika fakültəsini bitirib. Diplomunda həkim yazılıb. Səhiyyənin idarə olunması ilə bağlı magistr dərəcəsi alıb. Mətbuat nümayəndələrindən xahiş edirəm ki, hər hansı məlumatı paylaşmamışdan əvvəl dəqiqləşdirilmə aparılsın”. - deyə o, bildirib.Xatırladaq ki, son günlər mətbuatda TƏBİB-in İlkin Səhiyyə Xidməti Departamentinin rəhbəri Rəşad Çobanlının tibbi təhsilə malik olmadığı haqqında məlumat yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol