Menu

GƏLƏN İL 300 MANATLA 1 AY YAŞAMAQ MÜMKÜN OLACAQ? – Və ya minimum aylıq yaşam xərcimiz nə qədərdir?

22.11.2025, 21:19
GƏLƏN İL 300 MANATLA 1 AY YAŞAMAQ MÜMKÜN OLACAQ? – Və ya minimum aylıq yaşam xərcimiz nə qədərdir?

Gələn il üçün Azərbaycanda ehtiyac meyarı və yaşayış minimumu artırılacaq.

Bu, Milli Məclisin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı 285 manatdan 300 manata çatdırılır.

Məlumat üçün bildirək ki, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Minimum istehlak səbəti əhalinin əsas sosial demoqrafik qrupları üzrə bir nəfərin və ya ailənin xərc maddələri üzrə formalaşdırılır.

Qeyd edək ki, Azərbaycanda yaşayış minimumu üzrə hər il cuzi miqdarda artımlar qeydə alınır. Məsələn, 2017-ci ildə bu rəqəm 155 manat, 2018-ci ildə 173 manat, 2019-cu ildə 180 manat, 2020-ci ildə 190 manat, 2021-ci ildə 196 manat, 2022-ci ildə 210 manat, 2023-cü ildə 246 manat, 2024-cü ildə 270 manat, cari ildə isə 285 manat olub.

Maraqlıdır, hazırkı bahalaşma və inflyasiya nəticəsində ortaya çıxan qiymətlərlə bir nəfərin aylıq minimum yaşam xərci nə qədərdir?

Məhsul-xidmətlər                 Minimum illik norma      Vahid qiymət           İllik qiymət

- Çörək və çörək məmulatları   136.8 kq                      1.04                       617.7

- Kartof                                       54.8 kq                       1.04                       57.0

- Tərəvəz və bostan məhsulları  97.2 kq                      1.85                       179.8

- Meyvə və giləmeyvə                 38.0 kq                      4.13                       157.0

- Ət və ət məmulatları                  32.9 kq                     13.05                       429.34

- Süd və süd məhsulları               223.6 kq                   10.53                       2354.5

- Balıq və balıq məhsulları           7.7 kq                        7.72                         59.4

- Yumurta                                     150 ədəd                   0.182                       27.3

- Şəkər və qənnadı məmulatları  16.9 kq                       5.33                         90.0

- Bitki yağı, marqarin                    10.9 kq                      8.59                          93.6

- Kərə yağı                                    7.0 kq                       23.7                          165.9

- Digər məmulatlar                        4.7 kq                       7.96                           37.46

Geyim və ayaqqabı:

- Palto tipli üst geyimləri               3 ədəd / 8 il              140.8                           52.8

- Kostyum tipli üst geyimləri          9 ədəd / 4.2 il           32.0                            68.6

- Alt geyimləri                                 9 ədəd / 2.5 il           20.0                             72.0

- Corab məmulatları                       7 cüt / 1.5 il              2.0                               12.0

- Baş geyimləri və xırdavat            4 ədəd / 5 il              15.0                             12.0

- Ayaqqabı                                      6 cüt / 3.5 il              40.0                             68.6

Məişət və digər xidmətlər:

- Məktəb-yazı ləvazimatları             3 ədəd / 1 il              2.46                             7.38

- Yataq ləvazimatları                       11 ədəd / 7.1 il         62.0                              62.93

- Mədəni-məişət və təsərrüfat malları 14 ədəd/10.2 il                                        123.4

- İlkin təlabat / sanitar əşyalar ( illik xərclərin 10%-i)                                           52.38

Kommunal xidmətlər:

- Su təchizatı                                   5 m³/ay                    3.5                                42.0

- Kanalizasiya                                  5 m³/ay                   1.5                                18.0

- Qaz təchizatı                                 21 m³/ay                  2.6                                31.5

- Elektrik təchizatı                            50 kVt/s/ay            —                                     60

- Nəqliyyat                                        692 gediş/il             0.50                                346

- Rabitə                                                  —                     —                                    8.57

- İnternet xidmətləri                                —                     —                                    13.7

Mövcud qiymətlərlə bir nəfər üçün minimum istehlak səbətinin aylıq dəyəri 443.3 manat təşkil edir.

E. Bəyməmmədli

“AzPolitika.info” 

Şərhlər

Gülçöhrə 2025-12-10 16:09:13

Necə olur ki 45-il iş stajı olanan heç işləməyən eyni pensiya alsın

Ramz 2025-12-05 10:56:08

Orta əmək haqqı 600 manat novostroykda evin qiyməti 100000 manat. Aldığın əmək haqqı isə ancaq yeməyə çatır.

Moderatora pensiyaçıdan 2025-11-26 11:11:52

Xahiş edirəm bu kommentəri olduğu kimi Milli Məclisə.prezident aparatına və Baş Nazirər çatdırasınız.çünki bu kommentlər xalqın səsidir.Bəlkə reaksiya verən oldu.

Pensiyaçı 2025-11-25 14:14:45

Bu rəqəmləri (minimum yaşayış həddi,minimum pensiya,minimum maaaş,orta əmək haqq) ortaya çıxaran bir başa xalq düşmənidir. Çünki bu rəqəmlərin reallıqqla,.bazar qiymətləri ilə heçbir uyunluğu yoxdur.Ermənidən betər Azəri türkünə düşməndir.

Əlil vətəndaş 2025-11-24 17:03:48

salam bilmirem neçe bu hesablanıb ancaq men 3dereceli elilem 180 man alıram bu hesaplamada heç esas derman pulu haqda yazılmayıb bir uşaq özümü demirem xestelenende ne qeder derman pul xerclenir özünüz bilirsiz

Vetendash 2025-11-24 15:42:25

Cox gulunc veziyyetdir. Sanki dunyadan, bazardan bixeberlermiw kimi "artim" edirler. Artimlari da 10manat 15manat. Hec o artim olunmamiw bazarda qiymetler artir. Bir defe de ozunuz 285manata dolanin 1ay qoyun ozunuzu bu kasib milletin yerine gorum eyer o urek varsa sizde. Acin halindan tox anlamaz!!! Gulunc gulunc mebleglerle camaati dolamiyin. Cox soz demek olar ama duzelen deyilsiz...

Ad yoxdu 2025-11-24 15:02:25

Hansi et di ele o 13 manata olan en aşağı qiymet etin kilosu 16 manatdi rayonlarda hele Bakını demirem 285 manatla hansi aile dolanır bir adam dolana biler ama aile yox

Fəzail 2025-11-24 13:49:32

Bu hesabatı kim və necə hesablayıb bilmirəm amma təkcə nəqliyyat xərcin nəzər yetirsək günlük 90 qəpik edir. Yəni 90 qəpiyə ışə gedib qayıtmaq mümkündür? Digər qiymətlər də eləcə yazılıb. Heç biri bu günkü reallığı əks etdirmir. Çox təəssüf ki, bu gün qərar verənlər hamısı bu ağıldadı.

Vaqif 2025-11-24 10:33:53

Ən aşağısı yaşayış minimumu 1000 manat olmalıdır o da marketlərdə ərzağın belə kosmik sürətləartması ilə heç uyğun gəlməz

Oamanov zahid 2025-11-24 09:31:18

220 m alani insanlarında səbətini hesablayın ,zəhmət olmasa.Axı bu adamlar hər ay filan gədər dərmanlara pul verirlər. 24 il stajı olanlarnan hec 1 bir gün stayı olmayanları eyni tutmag olmamalıdır.Ədalət hanı?

Guya 2025-11-24 02:43:31

Etin kilosu bu meyarla 13 azn goturulub , yaqin sadece sumuyun qiymetini qeyd edibler. Qaynat suyunu ich.

Vətəndaş 2025-11-24 00:22:44

Hələ bu siyahıda toylar və yaslar qeyd olunmayıb. Məktəblərdə dərs vəsaiti kifayət etmir deyib, məcburi aldırılan test kitabları və hazırlıqlar

ziya 2025-11-23 21:53:16

300 bir nəfərin 10 günlük tələbatını ödəmir. görüm bu qərarı verənlər 300 manatın umuduna qalsın

Behruz 2025-11-23 21:49:14

Yaşayış minimumunu müəyyən edən şəxs və ya şəxslərin özlərinə bu vəsaiti verib desələr ki,1 ay bu məbləğlə yəni 285 olsun yaxudda 300 manat olsun yaşa deyə.Görəsən həmin şəxs və ya şəxslər yaşaya bilərlərmi

Hafiz 2025-11-23 19:15:40

1 nəfər üçün minimum 1000 manat lazımdır. Reallıq budur.

Mən 2025-11-23 17:11:02

Həmin məbləğlə məmurları,deputatları 1 ay yaşatmaq lazımdı,təbii ki, əgər yaşaya bilsələr.Əhali normal qidalana bilmir,hər şeyin ən ucuzuna qaçır.İnsanlar var ki, kərə yağınön dadını uzun müddətdir ki,yadından çıxardıblar.Bazarda,marketlərdə mənşəyi bilinməyən məhsullar satılır,ona görədə əhali arasında onkoloji və müxtəlif xəstəliklər baş alıb getməkdədir.

sahib 2025-11-23 15:27:04

Görkəmli iqtisadçı alim deputat Vüqar Bayramlı bunu hesablaya bilmir?Pensiyaçılara hər gün "şad" xəbər verməklə məşğuldur...

Mühasib 2025-11-23 14:04:04

Belə qərarı verən və ya hesablayan şəxslərin insan həyatından,.normal və ya minimumyaşayışdan məlumatarı varmı?Yoxsa niyə belə ağılsız.düşünmədən rəqəmlər ortaya çıxarırar?Minimum yaşayış səbətinə məgər insanın sağlamlığı.istirahəti.nəqliyyat xərcləri və əvvəldən bəlliolmayab xərclər aid deyil? Hələ göstərilən məsrəf məbləğlərinin bu günkü bazar qiymətlərin ilə uyğun olmadlğı bir yana!

Pensıyacı 2025-11-23 13:03:21

Bunu tərtip edən bu siyahı ilə yaşaya bilərsən.

Pensiyaçı 2025-11-22 17:58:39

Bu hesalamada davamlı artan səhiyyə xidməti və.dərman vasitələri.istirahət və əyləncə.nəzərdə tutulmadığı bir yana heç göstərilən qiymətlərbu bu günkü bazar qiymətləri ilə yğğun deyil(aşağıdır).

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol