Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində "Scandens Pharmaceutical Industries Ltd" MMC-nin dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və baş direktor Kamran Həsənov dövlət başçısına müəssisə barədə məlumat veriblər.
Beynəlxalq standartlara uyğun layihələndirilən müəssisə Almaniya, İsveçrə və İtaliyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. İl ərzində müəssisədə antibiotiklər, diabetologiya, hepatologiya, kardiologiya, andrologiya, allerqologiya və qastroenterologiya sahələrinə aid təxminən 800 milyon ədəd tablet və kapsul dərman preparatı istehsal olunacaq. İstehsal olunan məhsullar həm daxili bazara çıxarılacaq, həm də gələcəkdə ixrac ediləcək. Müəssisədə 120 iş yeri yaradılıb.
Dəyəri 74 milyon manat olan layihə özəl investisiya hesabına həyata keçirilib. Şirkət İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına idxal olunan avadanlıqlara görə 6,5 milyon manat güzəşt əldə edib.
Müəssisənin fəaliyyətə başlaması Azərbaycanın əczaçılıq sənayesində yeni inkişaf mərhələsi kimi qiymətləndirilir. Burada xammaldan hazır məhsula qədər dərman preparatlarının istehsalının bütün mərhələləri həyata keçiriləcək. Yeni müəssisə ölkəmizdə əczaçılıq sənayesinin inkişafına və yerli istehsalın güclənməsinə töhfə verəcək. Yerli və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli məhsulların istehsalı ölkəmizin ixrac imkanlarını da genişləndirəcək.
Müəssisə eyni zamanda əczaçılıq sahəsində peşəkar kadrların hazırlanması və əməli bacarıqların inkişafı üçün baza rolunu oynayacaq. "Scandens Pharmaceutical Industries Ltd" MMC, Azərbaycan Tibb Universiteti, Macarıstanın Peç Universiteti və "Panon Pharma" şirkəti arasında imzalanmış dördtərəfli Memorandum çərçivəsində burada əczaçı və qeyri-əczaçı ixtisasları üzrə qısa və uzunmüddətli təlim və təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.
Prezident İlham Əliyev müəssisəni işə salıb.
Müəssisənin damında ümumi gücü 450 kVt/saat olan 710 ədəd Günəş paneli quraşdırılıb ki, enerji sərfiyyatının təxminən 40 faizi bu panellər vasitəsilə ödənəcək.

Şərhlər
Niyə ölkədəki işsizliyin qarşısını almaq məqsədilədövlət kütləvi iş yeri təşkil etmək.20-50 min iş yerinə malik iri sənaye müəssisələri yaratmaq istəmir ?
Biz yalnız açılış vaxtı sevinirik...sonrası isə bu zavodlar, fabriklər qalır "kağızın üstündə"... necə ki, İsmayıllı velosped zavodu, Qəbələ Lift zavodu, Sumqayıt maska zavodu (pandemiyaya görə açılmışdı) və s. belə "ölü" zavod və fabrilkərin sayı çoxdur..
Yaxşı olardı ki.ölkədə kütləvi işsizliyin qarşısını almaq məqsədilə dövlətin yaratdığıği
(20-30 min işçi çalışa bilən) iri sənaye müəssisələrinin açılışında möhtərəm Prezident iştirak edə.Bunu xalq gözləyir.Özəl müəssisələrlə bu işin öhdəsindən gəlmək mümkün deyil.
Möhtəşəm. Yaşasın Azərbaycan. İnanırıq ki, nəzarət də güclü olacaq. Çünki, bu çox həssas bir istesal.