Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
“AzPolitika” AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə - 144 nəfər köçürülüb.
Qeyd edək ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.







Şərhlər
Qaçqın və Köçkünlərimizin qayıdışı əlbəttə ki, bizi sevindirir, bu çox yaxşı, ancaq onlar üçün tikilən evlərin yağış keçirməsi, keyfiyyətsiz tikilməsi başa düşülmür, özüdə hansı qiymətə???... Nə çətin iş imiş ki, Prezidentin Səlahiyyətli Nümayəndəsinin tikintiyə nəzarət edə bilməməsi???...