Dünən Cenevrədə Ukraynadakı müharibəyə son qoymaq üçün "sülh planı" ilə bağlı danışıqlar aparılarkən, ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Ukrayna hakimiyyətindən narazılıq edib. O, Kiyevi Amerikanın sülh səylərinə qarşı nankorluqda günahlandırıb və Avropanı Rusiya neftini almağa davam etdiyinə görə qınayıb.
“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, Trampın bu fikirlərinə cavab olaraq, Prezident Volodimir Zelenski ABŞ Prezidentinə minnətdarlıq edib. O, əvvəlcə Fransa Prezidenti Emmanuel Makronla söhbəti barədə məlumat verib, daha sonra Ukraynanın ABŞ-yə və Donald Trampa "təhlükəsizlik naminə" göstərdikləri səylərə görə minnətdarlığını çatdırıb.
Makronla danışdıqdan sonra Zelenski bildirib ki, müzakirələr nəticəsində "praktik nəticələrin olması və bunun Ukraynanı və bütün Avropanı davamlı sülhə və təhlükəsizliyə yaxınlaşdırması vacibdir": "Biz mövqelərimizi əlaqələndiririk və dialoqun olması, diplomatiyanın gücləndirilməsi əhəmiyyətlidir.
Ümid edirik ki, tərəfdaşlarımız arqumentlərimizi dinləyəcəklər. Amerikanın və Prezident Trampın təhlükəsizlik üçün etdiyi hər şeyə görə minnətdarıq və mümkün qədər konstruktiv davranırıq. İsveçrədəki komandalarımızdan əlavə hesabatlar gözləyirik".
“AzPolitika.info”

Şərhlər