Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffla söhbətinin sızdırıldığını təsdiqləyib. Uşakov mətbuatda yayımlanan stenoqramın həqiqiliyini inkar etməyib. O, həmçinin amerikalı jurnalistlərin səs yazısını necə əldə etdiklərini deməkdən də imtina edib.

“AzPolitika” xəbər verir ki, Uşakov "Rossiya" TV müxbiri Pavel Zarubinə verdiyi açıqlamada onun danışıqalrının dinlənildiyini etiraf edib: "Kimsə bunu sızdırır, kimsə dinləyir. Amma bu, biz deyilik".

O, Uitkoffla tez-tez danışdığını, lakin bu söhbətlərin məzmunu barədə mətbuata şərh vermədiyini söyləyib. Uşakovun fikrincə, bu cür sızmalar danışıqlar prosesinə "maneə yaratmaq" üçün dərc olunur. Xatırladaq ki, həmin telefon danışığında Uitkoff Uşakova Zelenski ABŞ-yə gəlmədən Putinin Trampa zəng etməsinə dair məsləhətlər verir və onu Putinin Trampla necə danışmalı olduğu barədə təlimatlandırır.

Bu arada, Uşakovla birgə telefon danışıqları sızdırılan Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev fərqli mövqe sərgiləyib. O, Uşakovla söhbətinin dərc edilən stenoqramını “feyk” adlandırıb. Xatırladaq ki, Uşakovla söhbəti zamanı o, Rusiyanın hazırladığı planı ABŞ-nin planı kimi təqdim edə bilməsi üçün onu Uitkoffa ötürməyi təklif edib.

Qeyd edək ki, Tramp jurnalistlərə açıqalmasında Uitkoffun bu hərəkətlərinə haqq qazandırmağa çalışıb.

“AzPolitika.info”