"Azərbaycan hökumətinin universal tibbi sığorta modelindən imtinası ən azı 4 milyon nəfərin icbari tibbi sığortadan kənarda qalmasına səbəb olacaq".
"AzPolitika" xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev bildirib.
Onun sözlərinə görə, bu qərardan zərər görəcək əsas qruplar bunlardır: Əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə ilə işləməyən, sahibkar kimi qeydiyyatda olmayan, adına pay torpağı olan, lakin bələdiyyədə ailə kəndli təsərrüfatı kimi uçota alınmayan 15–65 yaşlı əmək qabiliyyətli şəxslər.
R.Ağayevin sözlərinə görə, bu kateqoriyaya təxminən 3 milyon nəfər daxildir.
Müxtəlif səbəblərlə işçi qüvvəsinə daxil olmayan, lakin sağlam və əmək qabiliyyətli insanlar, yəni:
Ev işləri ilə məşğul olan, ailə üzvlərinə qulluq edən evdar qadınlar, iş tapacağına ümidini itirib rəsmi şəkildə iş axtarmayan və işsiz kimi qeydiyyatdan keçməyən şəxslər. O deyib ki, bu qrupun sayı da təxminən 1 milyon nəfərdir.
R.Ağayev bildirib ki, universal tibbi sığortadan imtina nəticəsində ölkə əhalisinin təxminən 40 faizi dövlət hesabına tibbi sığorta almaq imkanından məhrum olub.
"AzPolitika.info"

Şərhlər
Maşallah!Bax buna Azərbaycan idarəçiliyində inkişaf deyilir!; milyon insan bunlara lazım deyil.Təkivəsait toplasınlar.villalar.evlər alsınlar.xaricəpul daşısınlar.Çünki bunlar Azərbaycan türkü deyillər və öz gələcəklərini xaricdə görürlər.Millətin yaşamı bnları maraqlandırmır .Ona görə də xəstəliklər.ölüm sayı artımı baş alıb gedir.
başı boş sistem camaat qirilacaq qebirstanliqda yer tapmayacaqsiz kim işləyirki iş varki
Men hex yerde işleəmirem, tibni aihortadan yararlana nilexem ya yaox,
Hec yerdə işləməyən pulu hardan gətirsin .Hələ bir 10 faiz cərimə də nəzərdə tutulub .