"Biz rusların Azərbaycanda açdıqları məktəblərin aydınlıq tərəfini görürük, amma onun qaranlıq tərəfini görmürük".
"AzPolitika" bildirir bunu tanınmış yazıçı, şair Aqşin Yenisey deyib.
O, rus məktəblərinin “qaranlıq tərəfinə” baxmağı təklif edir: "Bu məktəblər birmənalı olaraq idarəetməni asanlaşdırmağa xidmət edən yerli bürokratlar yetişdirmək üçün açılmışdı. Fitrətində məmurluq olmayanlar yazıçı, şair, bəstəkar oldular.
Yerdə qalan məzunlar idarəetmə işinə cəlb olundular. Bir haşiyə çıxım: öz xalqının qüsurlarını görməklə, öz xalqında qüsur görmək ayrı-ayrı mətləblərdir.
Bu rus məktəblərinin tələbələrinə məhz ikincisi aşılanırdı: öz xalqında qüsur görmək. Bu rus məktəblərində yetişən maarifçiləri qoyaq bir qırağa. Deyək ki, maarifçiliyin fəlsəfəsi bunu tələb edirdi.
Amma bürokratların öz xalqına ikrahla baxması və bunu idarəetmə ənənəsinə çevirməsi bütün cəmiyyət həyatını məhv etdi. Bürokratiya ilə xalq arasında bu məktəblərin bürokrat məzunları elə bir uçurum yaratdılar ki, biz bu gün də o uçuruma bütöv ailələri, hətta bütöv nəsilləri atsaq da, dolmaq bilmir.
Xalq həyatını təhlükəyə atan bütün bürokratik biganəlik bu rus-müstəmləkə məktəblərinin yaratdığı öz doğma xalqına ikrahla yanaşmaq ənənəsindən qaynaqlanır. Bu inzibati ənənənin təmsilçilərinin Roma tanrısı Yanus kimi iki sifəti vardı, xalqa nifrət edən sifəti bizə baxırdı, müstəmləkəçiliyə sevgiylə xidmət edən sifəti Rusiyaya.
Bu gün də Azərbaycanda istər inzibati, istər mədəni-ədəbi mühit bu cür iki səmtə baxan ikisifətli yanuslarla doludur. Hamısı da məşhurdur, ad çəkməyə ehtiyac yoxdur. İslahat istəyiriksə, yüz əlli il geriyə qayıdıb təhsil vasitəsilə yuyulmuş beyinlərin yaratdığı bu inzibati müstəmləkə ənənəsini yox etməliyik. Biz bir evdə yaşayan, amma bir-birinə ikrahla baxan pozğun bir ailənin üzvləri kimiyik.
Məsələnin kökü budur".
"AzPolitika"

Şərhlər
Bu şairin fikirləri həmişə dolaşıq olur,burda iki variant var,ya bu şair kənardan idarə olunur bir çoxları kimi yada düşüncə qabiliyəti buqədər bəsitdir.
Tam dogrudur umumiyyetle rus mektebleri baglanilmalidir biz niye yatiriq axi niye sonradan ayiliriq axi sonra gec olur rus baslar sonra bizim basimiza min oyun acir redd elemeliyik rus mekteblerinini rus mallarini baykod etmeliyik tarixden ders almaliyiq
Bəli, köklü dəyişikliklər qaçılmazdır
Müəllifin yanaşması olduqca bəsitdir. Belə çıxır ki, kim rus dilində təhsil alıbsa deməli vətən xainidir. Çox primitiv düşüncədir. Biz Ana dilimizi, bundan əlavə ingilis, rus dillərini də bilməliyik. Rus bölməsində təhsil almış və indi siyasətimizdə irəlidə olan nə qədər vətənpərvər insanlarımız var. Rusiyanın bizə qarşı çirkli siyasətinin qarşısını almaq üçün də rus dilini bilməliyik.
FƏRQ-in fikirləri daha düzgündür.
Doğrudur,Afrika ölkələri kimi,bürokratlarla xalqın arasında uçurum müstəmləkə tarixinə malik ölkələrin öz metropoliyalarından tam qopa bilməməsindən qaynaqlanır.Əsarət psixologiyası bu və ya digər şəkildə beyinlərə hopdurulur,hər addımda,təhsil,ideoloji,mədəni,ictimai və s sahələrdə.rus və ingilis,fransiz da bunu gözəl bacarırlar,qonşulara qarşı rus,Afrika,Amerika,Asiyanın bəzi ölkələrinə qarşı da fransız,ingilis.rus məktəbləri,bər formada təbliğatı əngəllənməlidir,bağlanmalıdır.ingilis dili də yalnız xarici dil kimi tədris olunmalı,tədbirlərdə istifadə olunmamalı,rus,fransız,alman və s dillər də
Azərbaycanda yuxarı vəzifələrdəki baltaların sapı özümüzdən olmadığı onların Azərbaycanın köklü xalqına qarşı münasibətlər iilə təsdiqlənir.Sizi onların sonradan yazılmış ad soyadları.şəxsiyyət vəsiqıələri çaşdırmasın ....
Bu bəlanın qarşısının alınmasının yollarından biri rus məktəblərinin pullu olmasına əmr verilməsidir. ...
Guya indi ferqlidir?Indi hansi yere iwe qebul olmaq istesen birinci soruwurlar ingilis dilini bilirsenmi?.Hetta uwaqlari da artiq ad gununde ingilis dilinde tevbrik edirler ... Bax bele bele iwler
Bəli, Aqşin müəllim çox düzgün izahat verib. Rus təbliğatına məruz qalmış beyinlər yuyulmalıdır
Özü də 96 faizli sirkə ilə.
Çox düzgün yanaşmadı.Rus bölməsi idarəçilik üçün yaradılıb
Təşəkkür edirəm bəy. Çox mənalı düşüncəni sökən şərhdi.( Əgər o da varsa....)
Çox düzgün və yerində bir təhlildi. Özlkəmizin ciddi islahatlara ehtiyaci var.
Bəli, yüz faiz razıyam. Xarici dilləri bilmək çox yaxşıdır lakin, Azərbaycan dilli olmaq lazımdır! Unutqan olmayaq, bu qədər!
Baxın görün bu illər ərzində farslar, ingilislər, yəhudilər bizə nə verib nə alıb. Alveri, yalancılığı, rüşvəti, korrupsiyanı, satqınlığı, fahişəliyi və s. Verdi. Aldıqları mənəviyyat, qeyrərsizlik, dövlətə və xalqa məhıbbəti. İndi durub xalqa alcaqcasına moral oxuyursunuz.
Rusiya təsir aqentlərinin əksəriyyəti heç rus dilini bilmir.
FƏRQin fikirləri ilə tam razıyam.
əlavə: bu gün Rusiyanı Azəraycandakı təsr aqentlərinin əksəriyyəti rus dilini bilmir !
Yuxarı vəzifələrdə olanların çoxu Azərbaycanlı ad soyadı pasportuna maik qeyri millətlərin nümayəndələridirlər Ona görə Azərbaycan bu günə salınıb.
Ən dəhşətlisi odur ki, Azərbaycanda həmişə, məhz rus dilində danışanlar irəli çəkilib və bu gün də belə edilir. Putin də bu dəstəmuzdan yapışıb ölkəmizi rusdlli ölkə adlandırır. Bu bütövlükdə xalqı aşağılamaqdır, bu təhqirdir cavabı da ucadandır və belədir: Rus sənin özünsən, beş də artıq.
BƏLI...BAŠQA DILI SEÇEN ŎZ DILINI QŮSURLU SAYIR......
Hansı rakursdan baxmaqdan asılıdır. Bəli, rus dilini bilənlərdə bir üstünlük hissi var idi. Bu, təbiidir. Ancaq xalqa nifrət yox idi. Sadəcə, bir az müqayisəli baxış , buna uyğun düşüncə və davranışda müəyyən fərqlər var idi. Hazırda ingilis dilli nəsildə olan kimi. Hansılar insana, belə deyək, daha layiq idi, bunu hər bir obyektiv yanaşan yaxşı görürdü. Dünya çoxdan millətlərin-xalqların qarışan, yaşayan bir vahidə çevrilib, bu davam edəcək. Tayfa-qəbilə dövrü keçib, Yer kürəsi çox balaca imiş. Özümünkünə, lakin pis olana, düşünən beyinlər artıq qibtə etməsi dövrü keçib. Bu, reallıqdır. Qibtə etdiyimiz həmin Türkiyə çoxdan ingilis-fransız -alman dilində danışır. Bu dillərdə məktəblər açır. Bizimki belə gətirib, ərəb-fars, ya rus dili üstünlük təşkil edib. Sual verin ki, niyə belə olub? Sonra düzgün cavab axtarın. “Anaları fars olub, məşuqələri rus, erməni” səviyyəsində yox. Təbii-tarixi proses, cəmiyyətin inkişaf qanunu... Yəni inkar edilməz amillər. Ancaq bu heç çür özününkünü gözdən salmaq, aşağılamağa dəlalət etmir. Bu barədə çox yazmaq olar...
Rusdilli insanlarımızı “rusbaş” adlandırmaq isə məhz nifrətdən doğur. Həmin Azərbaycanlıların, millətinin bir qisminə ((deyəcəklər ki, “rusdilliləri” nəzərdə tutmuruq, əksərimiz həmin dili yaxşı bilirik, Rusiya yönümlüləri nəzərdə tuturuq, lakin istər-istəməz bu fikir keçir. Konnotasiya...)). Bu müstəvidə birlik tapılmayacaq insanlarımızda. Digərləri kimlərisə “bozbaş” adlandırmır ki... Çün şüurumuzda və beyinlərimizdə böyük yeri var. Axı biz quzu əti sevən millətik...
Bir şeyi də qeyd edim, ölkəmizdə təhsilin səviyyəsinin tənəzzülü M.Mərdanovun “mən rus dilini təhsildən yox edəcəm” sözlərindən sonra baş verməyə başladı. Yox etdi-lər. Su ilə bir yerdə, dölü də atdılar. İndi çabalayırıq. Bircə misal, Azərbaycan sektorunda “təhsil” alan (təhsili ALAN) kursda (potokda), 160 nəfərdən biri X.Kolumb kim olub sualına cavab verdi ki, “deyəsən, Hindistana yol açmışdı”. Bu 2-ci kurs tələbələri coğrafiya fənnindən imtahan verib, ALİ MƏKTƏBdə “oxuyanlar”dır. Əşşi, nəyimizə lazım bu Xristofor, nə bilim Sokrat, Nyüton, Hegel, Tolstoy deyənlər də olacaq (belələrinin sayı biz “milliləşdikcə” həndəsi silsilə ilə artır), bizim öz qəhrəmanlarımız var. Nəticəsi nə olacaq? “Milli” qaragüruh, manipulyasiyalar içində boğulan... . Rus sektorunda, heç coğrafiyadan imtahan verməyənlərin, demək olar ki, hər biri Kolumbun kim olduğuna cavab verdi. Hələ ki...
AZPOLİTİKA-nın öz siyasəti var. Başa düşüləndir. Ancaq müxtəlif fikirlərə yer vermək LABÜDDÜR. Başqa yolla – qara millətçilik, tayfabazlıq, bir-birinə nifrət. İmkan verilməlidir ki, “bütün güllər çiçəklənsin”. Bu halda hərə öz ürəyi istədiyi qoxunu tapacaq, ancaq o birilərə hörmətlə yanaşacaq. Düzdür bunu aşılamaq lazımdır, təşviq etmək lazımdır. Nə isə, çox uzun yoldayıq, və dağa tərəf getdikcə, elə bil ondan uzaqlaşırıq.
Çox düzgün tehlildir bu mesele o qeder cuddi siyasi meseledur ki dövketin gündelik nezaretinde olmasa "Sapı özümüzden olan baltalar" bu dövlət ve milletin axırına çıxar,çünki onlar rusu ve ermenini pz milletinden çox isteyit hem de onların əkseriyyəti qatışlq nigahkardan emele gelenlerdir.