Menu

Tbilisi NATO-nu Gürcüstanla bağlı siyasi iradəsizlikdə günahlandırıb

27.11.2025, 11:10
Tbilisi NATO-nu Gürcüstanla bağlı siyasi iradəsizlikdə günahlandırıb

Gürcüstan NATO-ya üzvlük üçün çox şey edib, lakin bu prosesdə yeganə çatışmayan Alyansa üzv ölkələrin siyasi qərarının olmamasıdır.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Birinci kanal”a müsahibəsində deyib.

Nazir Gürcüstanın Avroatlantik təhlükəsizliyə əldə etdiyindən daha çox töhfə verdiyini qeyd edib.

“NATO-nun siyasi iradəsinə biz əhəmiyyətli dərəcədə təsir edə bilmərik. Gürcüstan bu illər ərzində bu siyasi iradənin onun tərəfində olması üçün mümkün olan hər şeyi edib. Heç bir ölkə bu qədər çox iş görməyib”, - Boçorişvili əlavə edib.

Qeyd edək ki, 2008-ci ilin Buxarest sammitində NATO üzvlüklə bağlı Ukrayna və Gürcüstana fəaliyyət planını təqdim etməkdən imtina edib. Ukraynada müharibənin başlamasından sonra Gürcüstanın Alyansa üzvlük məsələsi aktiv müzakirə olunmur. NATO Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək təxirə salması barədə qərarından sonra Tbilisi ilə fəal siyasi əlaqələr saxlamır.

Şərhlər

Turkic Republic of Azerbaijan 2025-11-27 11:56:38

Gürcüstan ərazisinin bir hissəsi Rusiya müstəmləkəsi və işğalı altında olduğu müddətcə heç vaxt Avropa Birliyinin və ya NATO-nun bir hissəsi ola bilməz və sabit bir ölkəyə çevrilənə qədər belə olduğunu iddia etməməlidir. Gürcüstanın yeganə problemi müstəqil dövlətə sahib olmağa imkan verməyən Rusiya işğalıdır. Ruslar bunu bilirlər və Gürcüstana belə bir mövqe verməyəcəklər. Əgər Gürcüstan Rusiya-Ukrayna müharibəsinin ortasında ərazi bütövlüyünü təmin etməyə çalışsaydı, Adıgey, Kabardino və digər çərkəzlər kimi müxtəlif çərkəz etnik qruplarının müstəqilliyi ilə bağlı məsələlər qaldıraraq bəzi güzəştlər əldə edə və hətta Rusiyaya əlavə təzyiq göstərə bilərdi. Lakin qorxurdu və ehtiyatla hərəkət edirdi və indi onlar Rusiyanın nəzarəti altında olmalıdırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol