Rusiya Prezidenti Vladimir Putin KTMT qüvvələrini döyüşdə effektivliyini sübut etmiş Rusiya silahları ilə təchiz etmək üçün genişmiqyaslı proqrama başlamağı təklif edib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Putin Bişkekdə keçirilən KTMT sammitində çıxışında bildirib.
O, Rusiyanın KTMT-nin yeni terrorizmə qarşı mübarizə strategiyasının hazırlanmasına başlamağı təklif etdiyini də vurğulayıb.
Putin deyib ki, KTMT-nin sammiti 11 noyabr 2026-cı ildə Moskvada keçiriləcək. O, Rusiyanın KTMT-yə sədrliyinin “çoxqütblü dünyada kollektiv təhlükəsizlik” devizi altında keçiriləcəyini qeyd edib.


Şərhlər
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qarabağ müharibəsi ilə bağlı heç bir tədbir görmədi, buna görə də Ermənistan buna qəzəblidir və onun iclaslarında iştirak etmir. Məhz buna görə də ruslar bəzi yerlərdə Qarabağ məsələsinin hələ bitmədiyini iddia edir və erməniləri sakitləşdirməyə və onları ümidli saxlamağa çalışırlar, lakin onlar müqavilədən tamamilə çıxa bilmirlər, çünki müqavilə hələ də ona ehtiyac duyur və rusların da Ermənistana ehtiyacı var. Bu silahlar Ermənistana da veriləcəkmi?
Rusiya kollektiv təhlükəsizlik təşkilatında ilişib qalan türkdilli Qazaxıstan və Qırğızıstana Allah rəhmət eləsin, rus silahlarını almalı.