Menu

İranda bir gündə 15 nəfər edam olunub

27.11.2025, 12:48
İranda bir gündə 15 nəfər edam olunub

İranda noyabrın 26-da biri qadın olmaqla 15 məhbus dar ağacından asılıb.

"Report" "İran international"a istinadən xəbər verir ki, bu barədə məlumatı İranda İnsan Hüquq Müdafiə Təşkilatı "Hengaw" yayıb.

Bildirilib ki, məhbuslar qətl və narkotik maddə qaçaqmalçılığında təqsirləndiriliblər.

Məlumata görə, edamlar İranın İsfarayen, Şiraz, İsfahan, Məşhəd, Bocnurd, Kərəc, Xürrəmabad, Zəncan, Qorqan, Rəşt, Qəzvin və Bircənd həbsxanalarında icra olunub.

İnformasiyaya əsasən, bu ilin noyabrında İslam Respublikasında də azı 286 nəfər dar ağacından asılıb.

Şərhlər

Eli 2025-11-27 13:02:17

Mence bu emellere göre en ağır ceza verilmeludur,ancaq bir canı varlığı mehv etmek onu yaradana tehqirdir fikri de nezere alınmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol