Pakistanda 2023-cü ildən bəri həbsdə olan keçmiş baş nazir İmran Xanla bağlı sosial şəbəkələrdə yayılan “öldü” iddiaları ölkədə ciddi narahatlıq doğurub.
Bu iddialar Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) Xanın 6 həftədir ailəsi ilə görüşməsinə icazə verilmədiyini bildirməsindən sonra daha da artmağa başlayıb.
İddialardan sonra Ravalpindidəki Adiala Həbsxanası yayılan xəbərləri qəti şəkildə təkzib edib.
Xəstəxana tərəfindən verilən məlumatda İmranın Xanın həbsxanada saxlanıldığı və tam sağlam olduğu bildirilib. Onun sağlamlığıyla bağlı yayılan iddiaların isə həqiqəti əks etdirmədiyi qeyd olunub.
"AzPolitika.info"


Şərhlər