Bu gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura yekun vurulub. 

"AzPolitika" xəbər verir ki, beşinci turda səfərdə İtaliyanın “Napoli” klubuna məğlub olan "Qarabağ" turnir cədvəlində 4 pillə geriləyib.

.Ağdam təmsilçisi turnirin əvvəlki matçlarında “Benfika”nı 3:2 hesabı ilə məğlub etmiş, ardınca “Kopenhagen” üzərində 2:0 hesablı qələbə qazanmışdı. Daha sonra “Atletik”ə 1:3 uduzan “Qarabağ” 4-cü turda “Çelsi” ilə 2:2 oynayaraq bir xal əldə etmişdi. Bu nəticələrlə komanda hazırda 7 xalla ümumi sıralamada 19-cu yerdə qərarlaşıb.

Qaydalara əsasən, Liqa mərhələsində ilk 8 komanda birbaşa 1/8 finala yüksəlir. 9–24-cü yerləri tutanlar pley-off mərhələsində mübarizəni davam etdirir, 25–36-cı yerdə qərarlaşan komandalar isə avrokubok mövsümünü burada başa vurur.

“Qarabağ” növbəti matçını Bakıda keçirəcək. Komanda dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda “Ayaks”ı qəbul edəcək.

"AzPolitika.info"