KTMT qəbul edilən qərarlar barədə Ermənistanı məlumatlandırır, İrəvan isə həmin qərarlara maneə yaratmır.
“AzPolitika” xəbər verir ki, TASS-ın məlumatına görə, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib.
"Ermənistan təşkilatdakı iştirakını dondurub. Biz onu Katiblik səviyyəsində müzakirə edilən və qəbul edilən bütün materiallar və sənədlər barədə məlumatlandırırıq. Onlar müzakirələrdə iştirak etmirlər, lakin bu sənədlərin qəbul edilməsinə də mane olmurlar. Bütün bu sənədlər Ermənistana göndərilib, onlara məlumat verilib və biz onlardan bu sənədlərin məhdud formatda qəbul edilməsinə etiraz etmədiklərini bildirən sənəd aldıq", - deyə o izah edib.
KTMT başçısı İrəvandan yeni addımlar gözlədiklərini də ifadə edib: “Ümid edək ki, bir müddət sonra Ermənistanın siyasi rəhbərliyi balanslı bir qərar verəcək və biz birlikdə irəliləyəcəyik. Ermənistan məsələsi hər dəfə qaldırılır, təkcə Kollektiv Təhlükəsizlik Şurasının iclaslarında və mətbuat konfranslarında deyil. Bu, jurnalistlərlə demək olar ki, hər görüşdə gündəmdədir".
“AzPolitika.info”


Şərhlər