Menu

Gəncədə minik maşını sərnişin avtobusu ilə toqquşub - Ölən və xəsarət alanlar var

27.11.2025, 17:20
Gəncədə minik maşını sərnişin avtobusu ilə toqquşub - Ölən və xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik maşını "BakuBus"a məxsus sərnişin avtobusuna çırpılıb.

Nəticədə, minik maşınında olan bir nəfər hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol