Menu

Prezident KİV rəhbərləri ilə görüşdü (YENİLƏNDİ)

24.11.2013, 11:23
Prezident KİV rəhbərləri ilə görüşdü (YENİLƏNDİ)

Bu dəqiqələrdə Prezident İlham Əliyevlə Azərbaycan KİV rəhbərlərinin görüşü keçirilir. Bu sensasiyalı məlumat barədə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu məlumat verib.

"Prezidentlə redaktorların görüşü... Maraqlı danışdı... Vizionu, media ilə bağlı baxışları, verdiyi mesajlar dünya standartları çərçivəsində... Bəs biz niyə əziyyət çəkirik, deyə düşündüm, prezidenti dinlərkən... Yayımla bağlı problemi qaldırdım. Münasibəti normal oldu. Həll oldu problem, deyə bilərik... göstəriş verdi prezident...", deyə baş redaktor redaktorlarla İlham Əliyevin görüşündən fotonun altında yazıb.

Qeyd edək ki, Prezidentin redaktorlarla görüşəcəyi haqda dünənə qədər heç bir məlumat olmayıb. Belə demək olarsa, bu görüş gözlənilməz və qəfil olub.

Görüşlə bağlı təfərrüatlar təqdim olunacaq.

***

Prezident İlham Əliyevə “Mətbuatın dostu” mükafatının təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə Mətbuat Şurasının rəhbərliyi, İdarə Heyətinin üzvləri iştirak ediblər. Tədbirdə iştirak edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun Musavat.com-a verdiyi məlumata görə, prezident İlham Əliyev bidirib ki, “Mətbuatın dostu” seçilmək onun üçün şərəfdir. “Mən dostluğa sadiqəm”, - deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan mətbuatı xarici təsirlərdən azad olmalıdır və dövlət bunun üçün hər şeyi etməyə hazırdır. Prezident iqtidar-müxalifət münasibətlərinin də ölkə daxilində, dialoq yolu ilə həll edilməli olduğunu bildirib.

Rauf Arifoğlu prezidentlə söhbətdə Azərbaycan mətbuatının problemlərinə də toxunub, qəzetlərin yayımına yaradılan əngəllərlə bağlı İlham Əliyevə məlumat verib. Dövlət başçısı məsələnin həllinə göstəriş verib.(musavat.com)

***

"Qafqazinfo"nun məlumatına görə, dövlət başçısı deyib: “Ölkəyə yeni köşklərin gətirilməsi ilə bağlı çıxış etmişdimş. Köhnə köşklər dəyişdirilməli idi. Lakin mən də şəhərin müəyyən yerlərində olarkən bu köşklərin ətrafının sanki bazara çevrildiyini müşahidə etdim. Maraqlandıqdan sonra məlum oldu ki, bu köşklərdə çox vaxt uyğun olmayan əşyalar satılır. Ciddi şəkildə tapşırıq verdim ki, bu neqativ hallar aradan qaldırılsın. Düşünürəm ki, qəzet satışı üçün heç  bir problem ola bilməz. Əgər bu varsa, dərhal aradan qaldırılmalıdır”.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol